KTMT-də “su basqını”: Orta Asiyada “Su müharibələri” reallığa çevrilir?

2021/05/223-11339017550.jpg
Oxunub: 11815     14:01     01 May 2021    
Qırğızıstan və Tacikistan sərhədində iki ölkənin sərhəd bölmələri arasında 29 aprel tarixində genişmiqyaslı toqquşma baş verdi, nəticədə çoxlu sayda yaralanan və ölənlər oldu. Bir neçə saat davam edən gərginlik və qarşıdurmaları sabitləşdirmək, iki ölkə arasında vəziyyəti müzakirə etmək üçün işçi qrupunun yaradılmasına nail olmaq mümkün oldu. Münaqişənin səbəbi Tacikistanın öz ərazisi, Qırğızıstanın isə mübahisəli hesab etdiyi sərhəd bölgələrindən biridir. Baş verən toqquşma bir neçə cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, hər iki ölkə KTMT-nin üzvüdür, yəni eyni hərbi-siyasi ittifaqın üzvləridir, hər iki ölkə Rusiya hərbi bazasına ev sahibliyi edir və Moskva ilə sıx əlaqələr saxlayır. Döyüşlər başlayanda, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Tacikistan və Qırğızıstanın üzv olduğu Rusiya liderliyindəki təhlükəsizlik blokunun iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbədə idi.

Lakin aralarında bir neçə saat da olsa birbaşa hərbi qarşıdurma baş verdi. Qırğız xüsusi təyinatlı dəstəsi Tacikistanın sərhəd məntəqəsini ələ keçirdi. Qırğızıstan tərəfi, sərhəd məntəqəsinin ələ keçirilməsini onlar istiqamətinə atəş açmış tacik güc strukturlarına cavab olduğunu bildirdi.

Tacikistan isə Qırğızıstanın əsas su qovşağını ələ keçirmək niyyətində olduğunu iddia edərək daha fərqli bir versiya irəli sürdü. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Tacikistan tərəfini mübahisəli su obyektini minaatanlardan atəşə tutmaqda günahlandırdı. Tacikistan səlahiyyətliləri bu obyektin onlara məxsus olduğunu və Qırğızıstan qüvvələrini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırdı.

Araşdırmalar zamanı məlum olur ki, Tacikistanın şimalında yerləşən Suğd vilayəti ilə Qırğızıstanın cənub Batken vilayəti arasındakı sərhəd boyunca toqquşmalar İsfara çayında hər iki tərəfin iddia etdiyi su anbarı və nasos stansiyası ətrafında yaranan münaqişə səbəbindən baş verib. Bu quraqlıq ərazidə suvarma suyu çox yüksək qiymətləndirilir və vaxtaşırı yaranan mübahisələr, adətən, onun ətrafında cərayan edir. Qırğızıstandakı sosial media istifadəçiləri sürətlə Sovet dövründən Bişkekin su anbarına tamamilə qanuni bir iddiası olduğunu sübut edən arxiv sənədlərinin fotolarını yaymağa başladılar.

Rus ekspertlər KTMT-nin toplanış günü üzv ölkələr arasındakı hərbi toqquşmanın təşkilatın nüfuzdan salınmasına yönəldiyini səsləndirdi və üçüncü əlin bu blokun lideri Rusiyaya qarşı sui-qəsdinə eyham vurdular. Lakin nəyin necə baş verməsindən asılı olmayaraq, bu gün Rusiyanın strateji maraqları zonasında gərginlik xətlərinin çoxaldığını deyə bilərik.

Üstəlik, toqquşmanın Tacikistanın paytaxtı Düşənbədə KTMT Təhlükəsizlik Şuraları Katiblərinin toplantısı ilə eyni gündə, eyni vaxt çərçivəsində baş verməsi xüsusilə diqqət çəkir. Bu fakt hadisəni daha qəribə və qeyri-adi edir. Nəticədə baş verənlərin KTMT-də, bu səviyyədə görüşün olmasına paralel olaraq iştirakçı ölkələr arasında hərbi əməliyyatların baş verə biləcəyi bir vəziyyətə, həm də Tacikistanda və ya Qırğızıstanda KTMT-yə qarşı dövlətin silahlı strukturları səviyyəsində belə geniş miqyaslı bir təxribat təşkil edə biləcək qüvvələrin olmasına dəlalət etdiyi nəticəsinə gətirib çıxarır. Çünki Tacikistan və Qırğızıstan bir-birinə atəş açaraq, həm də KTMT-ni atəşə tutmuş oldular. Yəni KTMT üzvləri KTMT-yə atəş etmiş olublar. Beləliklə, Orta Asiya bölgəsində qeydə alınan hadisənin özünəməxsusluğu var.

KTMT-də atəş açanlar Qırğızıstan və Tacikistan deyildilərsə, o zaman sual yaranır, iki ölkənin dövlət qurumları vasitəsi ilə bunu edən kimlər idi? Eyni zamanda, bu Orta Asiya respublikaları arasında ərazi-etnik “barıt çəlləyi” məsələsi heç də yeni deyil. Sadəcə zamanla sabitlik rejimi qurmaq mümkün olmuşdu, ama bu sabitlik də faktiki olaraq ilk çatını verməkdədir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu çat ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına eyham vurulduğu tamamilə yeni reallıqlar fonunda baş verib. ABŞ-NATO qoşunlarının Əfqanıstanda mövcud olmasının cilovlayıcı bir cəhəti vardı. Əlbəttə, bu amilin sıradan çıxması həm Rusiya, həm də Çin üçün nə qədər sərfəlidirsə, bir o qədər də ciddi problemlərə səbəb olur.

Ərazi, su və təhlükəsizlik məsələlərinə baxış

Qismən demarkasiya edilmiş sərhədlə bağlı mübahisə davam etməkdə olan iki qonşu dövlət arasında pis münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu. Həm torpaq, həm də su Mərkəzi Asiyanın ən yoxsul iki dövlətinin iqtisadiyyatı üçün vacibdir və hər iki tərəf əkin torpaqları və otlaqlara çıxışını kəskin müdafiə etməkdədir.

Buna ən bariz nümunə Vorux sərhəd qəsəbəsidir. Qəsəbə, Qırğızıstanın daha böyük Batken vilayətinə daxil olan Tacikistan anklavıdır. Kənddən Qırğızıstanın iki bölgəsini birləşdirən və yerli əhalini iki region arasında səyahət zamanı iki dəfə tacik sərhədini keçməyə məcbur edən bir yol keçir. İkiqat sərhəd keçidinin gətirdiyi çətinliklər və iqtisadi fəaliyyətə maneə Qırğızıstan hökumətini 2013-cü ildə Vorux qəsəbəsindən yan keçməklə Qırğızıstanın Kok-Taş və Aksay kəndlərini birləşdirən bir yolun tikintisinə başlamağa məcbur etdi. Lakin yol mübahisəli ərazidən keçəcəkdi. Qırğızıstan tərəfi, Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı keçirilən iclasda yolun tikintisini dayandırmağa razı olsa da, inşaat Tacikistan tərəfinin narazılığı ilə davam etdirildi. Tikinti qanunsuzluğu barədə iddialar, 2014-cü il yanvarın 11-də toqquşmaların baş verməsinə səbəb oldu.

İki dövlətin sərhəd bölgələri arasındakı fikir ayrılığının digər səbəbi Batken vilayətinin ilk növbədə kənd təsərrüfatı iqtisadiyyatı üçün mühüm bir resurs olan sudur. Təsadüfi deyil ki, 2014-cü iləki toqquşma da Qırğızıstan-Tacikistan sərhədindəki əsas su təchizatı məntəqəsi yaxınlığında baş verib. Su idarəçiliyi və sərhədlərarası əməkdaşlıqla bağlı xarici vasitəçilik proqramları mövcud olsa da, Qırğızıstan və Tacikistan arasında sərhəd bölgələrində su paylama hüquqları ilə bağlı davam edən fikir ayrılığını həll etmək üçün daha sıx əməkdaşlığa ehtiyac var. Xüsusilə iqlim dəyişikliyinə hazırlıq və bununla əlaqədar su qıtlığının artan zərurətini nəzərə alsaq, bu cür əməkdaşlıq vacibdir.

İki dövlət də regional su-energetika məsələləri üzrə ümumi mövqeyə malikdirlər, çünki hər ikisi regionun əsas çay hövzələrinin yuxarı hissəsində yerləşir. Aral dənizi hövzəsinin əsas axını Qırğızıstan və Tacikistan ərazilərində formalaşır və aşağı doğru - Türkmənistan və Özbəkistana axır. Bu, əlavə dövlətlərarası su mübahisələrinin yaranmasına imkan yaradır və birgə qərarların işlənib hazırlanmasını təşviq etmək üçün regional və beynəlxalq subyektlər üçün stimulları gücləndirir.

Münaqişənin üçüncü ölçüsü isə təhlükəsizlik amilidir. Qırğızıstan və Tacikistanın mövcud “uğursuz dövlətlər” statusunu, Tacikistanın Əfqanıstanla ortaq sərhədlərini, “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” missiyasının və hazırda ABŞ-ın Əfqanıstandan qoşunlarını geri çəkməsi ilə bağlı qeyri-sabitliyin yayılması fonunda təhlükəni nəzərə alsaq, bu, getdikcə artan qarşıdurmaların olacağı deməkdir.

Xatırladaq ki, “Əl-Qaidə” ilə bağlı terror qruplaşmaları tərəfindən dəfələrlə Qırğızıstanın Batken vilayətinə hücumlar həyata keçirilib. Terrorçular 1999-2000-ci illərdə Tacikistanın Karategin vadisindən (Roşt Vadisi) 2000-ci ildə qovulana qədər basqınlar həyata keçiriblər.

Orta Asiya “su müharibələri”ndən qaça biləcəkmi?

Hazırda Orta Asiyada su və elektrik enerjisi ilə əlaqədar böhran yaşanır. Regionun beş ölkəsinin öz resurslarını paylaşdığı Sovet dövrünün sistemi dağılıb, nəticədə onların bəziləri su qıtlığı, digərləri isə elektrik enerjisinin xroniki kəsilməsi ilə üzləşiblər. Son toqquşmalara qədər kiçik miqyaslı iğtişaşlar baş verirdi və mütəxəssislər bunun yalnız başlanğıc ola biləcəyi barədə xəbərdarlıqlar edirdilər.

Hələ də 2009-cu ilin yanvar ayının şaxtalı bir gecəsində Tacikistanın paytaxtı Düşənbənin fəlakətli elektrik enerjisinin kəsilməsi az adama məlumdur. Böhran Sovet dövründə bütün beş Orta Asiya respublikasına xidmət edən ortaq enerji və su təchizatı şəbəkəsinin artıq işləmədiyini açıq şəkildə nümayiş etdirdi.

Bu sistem çox sadə prinsipə əsaslanırdı. Üç respublika - Qazaxıstan, Özbəkistan və Türkmənistan - enerji mənbələri ilə zəngin idi, digər ikisi isə - Tacikistan və Qırğızıstan - yüksək hündürlükdə yerləşən su anbarlarında bol su ehtiyatlarına malik idi. Onlar yazda və yayda məhsullar üçün su, qışda isə elektrik enerjisini təmin etmək üçün birgə çalışmalı idilər.

Əgər bölgənin iki böyük çayında - Sırdərya və Amudəryada su olmasa, aşağı axında yerləşən kənd təsərrüfatı obyektləri məhv olardı. Elektrik enerjisi olmadan, yuxarı axın ölkələrdə həyat şaxtalı qışlara dözülməz olardı. Fikir ayrılıqları üçün potensial hər zaman mövcud olsa da, mübahisələr Moskva tərəfindən həll edilirdi.

1991-ci ildə SSRİ-nin dağılması ilə hər bir ölkə öz problemlərini müstəqil həll etməyə məcbur oldu. Yeri yaranmış vəziyyət yuxarı axın ölkələri üçün enerji təhlükəsizliyi ilə müqayisədə axın üzrə aşağıda yerləşən ölkələr üçün ərzaq təhlükəsizliyi demək idi. Ya bir tərəf qışda donacaq, ya da digər tərəf bütün il ərazaqsız qalacaqdı.

Bəzi şəxslər Qırğızıstan Prezidenti Qurmanbek Bakıyevin 2010-cu ilin aprelində zorakılıqla devrilməsinə səbəb olan iğtişaşların qismən elektrik enerjisinin kəsilməsi və enerji qiymətlərinin qalxması ilə bağlı xalqın qəzəbindən qaynaqlandığını iddia edirlər. Özbəkistan 2009-cu ildə mərkəzi enerji təchizatı sistemindən çıxdıqda, Qırğızıstan bahalı yeni elektrik xətləri çəkməli oldu və elektrik enerjisinin qiyməti 2010-cu ilin əvvəlində təxminən iki dəfə artdı. Daxili istilik xərcləri də artmışdı.

Tacikistan və Qırğızıstan üçün xroniki elektrik problemlərinin açıq həlli daha çox elektrik stansiyası tikmək idi və hər ikisi də iddialı layihəər üzərində çalışırlar. Hazırda üfüqdə olan ən böyük layihə, Tacikistanın cənubundakı dağlarda yerləşən nəhəng Rogun su elektrik stansiyasıdır və investorlar tərəfindən maliyyələşdirilə biləcəyi təqdirdə dünyanın ən hündür bəndinə çevrilə bilər (335 m). Özbəkistan və Türkmənistandan keçən Amudəryaya ciddi təsirləri olacaq su anbarını tam gücü ilə doldurmaq üçün 16 il tələb olunur. Layihə Tacikistanı böyük bir regional enerji tədarükçüsünə çevirə bilər.

Xarici alıcılara qaz və elektrik enerjisi satma qərarından sonra Özbəkistanda da qıtlıq müşahidə olunurdu. Vəfat edən Özbəkistanın sabiq prezidenti İslam Kərimov layihəyə etirazını gizlətmədi. “Bəs aşağı axın ölkələrdə yaşayanlar necə olacaq?”, - deyə o, 2012-ci ildə qəzəbli bir çıxış edərək sual etdi və bildirdi: “Əgər bu bəndləri çaylarda inşa etsələr, sabah nə qədər suyumuz olacaq? Bu, regional qarşıdurmaya və hətta müharibəyə gətirib çıxara bilər”.

Hazırda Qazaxıstan və Özbəkistanda su, Qırğızıstan və Tacikistanda isə elektrik enerjisi çatışmır. Özbəkistan, Qırğızıstan və Tacikistanın birləşdiyi sıx məskunlaşmış Fərqanə vadisində daha kəskin gərginlik müşahidə olunur. Sonuncu iki dövlət özbəkistanlı qonşularını geniş pambıq sahələrini suvarmaq üçün çay suyunun qarşısını kəsməkdə günahlandırır; Özbəkistan isə öz növbəsində Qırğızıstan və Tacikistanın çayın yuxarı axını boyunca bəndlərin tikilməsini nəzərdə tutan layihələrə qarşı çıxır. Qırğızıstan və Qazaxıstan da ölkələrinin ehtiyac duyduqları hidroelektrik enerji layihələri barədə mübahisə ediblər. Müxtəlif dövrlərdə paylaşılan mənbələrdən siyasi vasitə kimi istifadə olunub. Məsələn, Özbəkistan suyun aşağı axınını dayandırmaqla hədələyən Qırğızıstan və Tacikistanın elektrik şəbəkələrini bağlayıb.

Su münaqişəsinin qarşısının alınmasında ilk cəhd, 2017-ci ildə Özbəkistan və Qırğızıstanın Aral dənizi istiqamətində Özbəkistanı və Qazaxıstanı keçərək Sırdəryanı qidalandıran Narın çayı üzərində su elektrik stansiyalarının inkişafına dair razılığa gəldikləri zaman baş verdi. Daha bir müsbət addım Özbəkistan Prezidenti Şavkat Mirziyayevin Tacikistanın paytaxtı Düşənbədə Rogun bəndini və hidroelektrik layihəsini dəstəklədiyini elan etməsi idi.

Beləliklə, Özbəkistan, Tacikistan və Qırğızıstan arasında dərin kök salmış inamsızlıq əməkdaşlığa mane olsa da, hidroenergetika üzrə sazişlər kimi tərəqqi mübahisənin həlledilməz olmadığını göstərir.

Ancaq siyasi iradə ilə gələcək mübahisələrin qarşısını almaq mümkündür. Sərhəd bölgələrindəki Qırğızıstan, Tacikistan və Özbəkistan su ehtiyatlarının idarə edilməsi üzrə vəzifəli şəxslər, su ilə bağlı potensial münaqişə sahələrini müəyyənləşdirmək üçün ikitərəfli və üçtərəfli qaydada toplanmalıdırlar. Onların işləri siyasi deyil, texniki olaraq tərtib olunmalı və ölkə Prezidentləri bunu ictimai şəkildə təşviq etməlidirlər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Su-müharibələri   Orta-Asiya   Qırğızıstan   Tacikistan  

KTMT-də “su basqını”: Orta Asiyada “Su müharibələri” reallığa çevrilir?

2021/05/223-11339017550.jpg
Oxunub: 11816     14:01     01 May 2021    