"Qalib ordunun əsgəri olduğumdan qürurlanıram"

2021/04/b88be-1619676366.jpg
Oxunub: 760     16:00     06 May 2021    
“Dostluq qırılmaz zəncirdir” fikri təsadüfi deyilməyib. Səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Əsl dostluq fədakarlıq tələb edir, sınaqlardan çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Hərbi xidmət dövründə yaranan dostluqlar möhkəm və uzunmüddətli olur.

“N” hərbi hissəsində 44 günlük Vətən müharibəsində düşmənə qarşı vuruşan iki dost - əsgər Rəsul Paşayev və əsgər Vüsal Rzayevi yaxından tanıdıq. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək Müzəffər Ali Baş Komandanımızın sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunan qəhrəmanlarımızla həmsöhbət olduq.

Əsgər Rəsul Paşayev Vüsal kimi dost qazandığından qürur duyduğunu bildirdi. "Hərbi xidmətim zamanı həm hərbi biliklər, həm də özümə yeni dost qazandım. Mən, "Dostluq nədir?" sualı ətrafında tez-tez düşünürəm. Fikrimə görə dostluq, həqiqətən də, fədakarlıqdı. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir - onu şaxta, qar soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. Vüsal ilə mən müharibənin odlu-alovlu yollarını birlikdə keçmişik. Çətinliklərin öhdəsindən gələrək aramızda əsl dostluq münasibətləri yaranıb. Düşünürəm ki, hərbi xidmət zamanı yaranan dostluqlar sarsılmazdır, əbədidir. Hərbi xidmətə başlamazdan əvvəl atam mənə Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlər zamanı yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən şəhid olmuş əmim Telman Paşayev haqqında danışmışdı. Əmim kimi dostluğa sadiq olmağımı, lazım gələrsə dost üçün öz canımdan keçməkdən çəkinməməyimi tövsiyə etmişdi. Çox sevinirəm ki, dostum ilə birlikdə məhz Kəlbəcər istiqamətində gedən döyüşlərin iştirakçısı olduq, əmimin qisasını yağı düşməndən aldıq. İllərdir doğma torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəməyən düşməni hərb yolu ilə qovub çıxarmağı bacardıq. Qalib ordunun əsgəri olduğumdan qürurlanıram"

"Əsl dost hər insana lazımdır. Onu isə özümüz qazanmalıyıq," - deyə əsgər Vüsal Rzayev də söhbətimizə qoşuldu. - Həqiqi dost çətinə düşəndə sənə arxa olar, hər işdə kömək edər. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, dost dediyin şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarmalısan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. İnsanın çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Necə deyərlər: "Ağac kökləri ilə, insan dostları ilə var olar". Xidmətim zamanı çoxlu dostlar qazandım. Onlardan biri də Rəsuldur. Hərbi xidmətə başladığımız ilk gündən mən və dostlarım arzu edirdik ki, tezliklə döyüş əmri verilsin, torpaqlarımızı düşmən işğalından azad edək. Dostlarım kimi mən də qürurlanıram ki, Vətən müharibəsinin iştirakçısı oldum.

Sevindirici haldır ki, bu gün ordumuzda yoldaşlıq, dostluq, birlik yüksək səviyyədədir. Əsgərlərimizin arasındakı hörmət, qardaşlıq bağları çox güclüdür. Əslində, bu dostluq münasibətinin əsasında adət-ənənəyə hörmət, elinə-obasına bağlılıq, əqidə, məfkurə birliyi, Vətən sevgisi dayanır. Belə dostluqlar hər zaman möhkəm, qırılmaz və sarsılmaz olur. Danılmaz faktdır ki, düşmən üzərində qələbə qazanmağımızın səbəblərindən biri də əsgərlərimiz arasındakı birlik, yoldaşlıq, dostluq idi.

Oruc Mustafayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN  

"Qalib ordunun əsgəri olduğumdan qürurlanıram"

2021/04/b88be-1619676366.jpg
Oxunub: 761     16:00     06 May 2021    

Bizi "telegram"da izləyin