İsrail ordusuna 3 yeni F-35I döyüş təyyarəsi təhvil verilib

2021/04/asfaf-1619504620.jpg
Oxunub: 6560     15:56     27 Aprel 2021    
ABŞ-ın “Lockheed Martin” şirkəti İsrail üçün istehsal etdiyi daha üç F-35I “Adir” döyüş təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

Ordu.az xəbər verir ki, yeni təyyarələr İsrail HHQ-nin “Güney Aslanları” adlı 116-cı donanmasına tədarük edilib.

Beləliklə, İsrailin inventarında olan F-35I-lərin ümumi sayı 27-yə çatıb

2010-cu ilin oktyabrında İsrail ABŞ-la müqavilə imzalayaraq F-35 döyüş təyyarələrini tədarük edən ilk ölkə olub. Ümumilikdə 50 ədəd F-35 sifariş verən İsrail ordusu ilk F-35-i 2016-cı ildə əldə edib.

İsrail 50 ədədə əlavə olaraq 25 ədəd F-35 sifariş etməyi planlaşdırır. Ümumilikdə İsrail tərəfindən sifariş edilmiş F-35 təyyarələrinin tədarükünün 2024-cü ilə qədər başa çatdırılması gözlənilir.

“Adir” əsasən F-35A-ya bənzəsə də, İsrailə xas olan bəzi xüsusiyyətləri mövcuddur. Mühərrik və kritik hissələr də daxil olmaqla təyyarələrin öz ölkəsində saxlanılması üçün ABŞ-dan təminat alan tək ölkə İsraildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Ordu  

İsrail ordusuna 3 yeni F-35I döyüş təyyarəsi təhvil verilib

2021/04/asfaf-1619504620.jpg
Oxunub: 6561     15:56     27 Aprel 2021    