Ermənistan üçün Rusiyanın əlindəki mühacir dəyənəyi

2021/03/c7e1f-1617008435.jpg
Oxunub: 1939     10:45     04 May 2021    
Rusiya Federasiyası qanunsuz miqrantlarla mübarizənin gücləndirildiyini elan edərək problem həll olunmasa, qanunsuz miqrantların vətəndaşı olduqları ölkələrin sərhədlərini bağlayaraq cəzalandırılacağı ilə hədələyib. Bu mövzu çərçivəsində Ermənistandan 60 minə yaxın qanunsuz miqrantdan da bəhs edildiyi məlum olub.

Məsələ MDB ölkələri qarşısında, MDB çərçivəsində keçirilən görüş zamanı Rusiya Daxili İşlər nazirinin müavini tərəfindən qaldırılıb. Rusiyada postsovet məkanından olan miqrantlar məsələsi, müxtəlif aspektlər, fərqli vurğularla müntəzəm olaraq gündəmə gətirilir. Baltik Üçlüyü xaricində postsovet ölkələrinin böyük əksəriyyəti üçün Rusiya əmək miqrasiyasına əsas yer olduğu, əgər bu əmək miqrasiyası məkanı bağlanarsa, miqrantların mənsub olduqları ölkələrdə ciddi sosial gərginliyə səbəb ola biləcəyi məlumdur.

Moskva bu reallığı təsəvvür edərək, bunu siyasi arsenalına daxil etmiş və şübhəsiz ki, Moskva bu və ya digər postsovet respublikası ilə münasibətlərində mütəmadi olaraq bu siyasi kartdan istifadə edir. İqtisadi-texnoloji cəlbedicilik və müasirlik problemi olan Rusiya üçün birbaşa təhlükəsizlik dəyənəyinə müraciət etməyi məqsədəuyğun olmadıqda, postsovet ölkələri ilə münasibətlər əsasən bu cür iqtisadi dəyənəklər vasitəsi ilə qurulur.

Dəyənək kimə qarşı istifadə olunur, yaxud bu dəfə istifadə olunmağa cəhd edilir? Əslində, Rusiyanın praktiki olaraq bütün postsovet ölkələri ilə irili-xırdalı müxtəlif problemləri var.

Ancaq bu məsələdə Ermənistanın vəziyyətini ayrıca nəzərdən keçirək. Ermənistan AİƏT-nin üzvüdür. AİƏT məlum olduğu kimi beş ölkədən, Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus və Ermənistandan ibarət olan ortaq iqtisadi ərazidir. Bu birlik təxminən altı ildir fəaliyyət göstərir, amma əslində altı il sonra da vahid iqtisadi məkanda əmək miqrasiyası problemi var, müxtəlif məhdudiyyətlər var və əslində qanunsuz miqrantlar məsələsi var. Bütün bunlar sadəcə AİƏT-in mövcud olmadığını sübut edir, daha doğrusu, Rusiyanın AİƏT qurumunu həqiqi ortaq iqtisadi məkana çevirməsi məqsədəuyğun deyil, çünki bu halda digər üzv dövlətlər müəyyən iqtisadi effekt ala bilər və Rusiya müəyyən rıçaqlarını siyasi təzyiqini itirə bilər və ya başqa sözlə desək, Rusiyanın iqtisadi və siyasi dəyənəyi məhdudlaşdırılmış ola bilər.

Buna görə də Moskva, məsələn, strateji malların ticarətində qarşılıqlı valyutalarla hesablanmasına, ortaq qaz qiymət mexanizminin formalaşmasına inadla müqavimət göstərir. Bu, əlbəttə ki, Rusiyanın marağındadır, Moskva bunu qorumağa, təsir gücünü mümkün qədər uzun müddətə saxlamağa çalışır. Bütün bunlar bir daha Avrasiya İttifaqı deyilən qurumun ən azından indiki formada nə olduğunu bir daha göstərməkdədir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Ermənistan üçün Rusiyanın əlindəki mühacir dəyənəyi

2021/03/c7e1f-1617008435.jpg
Oxunub: 1940     10:45     04 May 2021    