Müharibənin ən ağır günlərində Babayanın hərbi hissələrinə 300 milyon dram xərclənib

2021/04/asfas-1619084216.jpg
Oxunub: 952     15:53     22 Aprel 2021    
Bu yaxınlarda qondarma qurumun keçmiş “milli təhlükəsizlik katibi” Samvel Babayan bəzi əməliyyatları “proval etdiyi” barədə iddia edən siyasətçilərin olduğunu bildirib.

“Mən, ayın 5-6-da Şuşa əməliyyatına başladım ki, Şuşaya keçə bilməsinlər, lakin gecə saat 2-də hansısa səbəblərə görə həmin hərbi hissələr əməliyyatda iştirak etməkdən imtina ediblər. Bu da icraat prosesində, həmçinin hansı məsləhətləşmələr apardığımızın, kimin iştirak etdiyinin, kimin imtina etdiyinin və s halların videosu da təqdim olunur”, - deyə Samvel Babayan bildirib.

“Politik.am” nəşri yazır ki, Babayanın açıqlamasından sonra, qondarma qurumun daxilindəki mənbələr adı çəkilən hərbi hissələrin Samvel Babayanın özü tərəfindən formalaşdırıldığını bildirib. Üstəlik, müharibənin ən çətin günlərində həmin hərbi hissələrin təchizatı üçün 300 milyon dramdan çox pul xərcləndiyi qeyd olunub

“Azərbaycanlıların Şuşaya girməsinin qarşısını almalı olan əməliyyat 5 noyabrda sübh vaxtı həyata keçirilməli idi. Əməliyyatda başqa bir hərbi qruplaşmada iştirak etməli idi. Adı çəkilən hərbi qruplaşma yerində olub, lakin Babayanın formalaşdırdığı hərbi hissələr onlar üçün nəzərdə tutulmuş mövqelərdə olmayıb. Əməliyyat nəinki uğursuz olmuş, həm də təyin edilmiş mövqelərə çatan üçüncü qruplaşma mühasirədən çıxmaqda çətinlik çəkib”, - deyə nəşr qeyd edib.

Ötən gün 5-ci kanalın efirində Movses Hakobyan da bu hərbi hissələr barədə müəyyən açıqlamalar vermişdi.

“Hər halda, müharibə zamanı Samvel Babayan arzusunu reallaşdırmağı bacarmış, arxa cəbhədə bir neçə hərbi bölmə yaratmışdı, eyni zamanda cəlb edilən həmin əsgərləri cəbhədən çıxarıb. Fürsətiniz olarsa, Babayandan formalaşdırdığı bölmələrin neçə güllə atdığını və harada tapşırıq yerinə yetirdiklərini soruşun. Mən, ön xətt hərbi bölmələrinə çox böyük ziyan vurduqlarını deyə bilərəm. Bölmələr arxa cəbhədə formalaşdırılmış, lakin heç bir tapşırıq yerinə yetirməyib. Şuşa əməliyyatı zamanı istifadə etməyə çalışdılar, amma bunu etməkdən imtina etdilər”, - deyə Hakobyan verdiyi açıqlamasında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran   Babayan  

Müharibənin ən ağır günlərində Babayanın hərbi hissələrinə 300 milyon dram xərclənib

2021/04/asfas-1619084216.jpg
Oxunub: 953     15:53     22 Aprel 2021    