Ermənistan hərbi polisi 53 gün əsirlikdə olmuş erməni hərbi qulluqçunu həbs edib

2021/04/sdfsd-1619083267.jpg
Oxunub: 857     15:12     22 Aprel 2021    
Ermənistanın Üçmüədzin şəhərinin sakini, müddətli erməni hərbi qulluqçu Narek Nersisyan 53 gün əsirlikdə olmaqla yenə problemlə üzləşib.

Ordu.az xəbər verir ki, o, 2020-ci dekabrın 14-də 44 əsgərlə birlikdə Ermənistana qayıdıb. Bu 44 əsgəri martın 31-də yenidən qulluğa geri qaytarıblar.

Aprelin 15-də 19 yaşlı Narek Nersisyan hərbi hissəni özbaşına şəkildə tərk edib və onlarla niyə belə davranıldığına dair Ermənistan Müdafiə Nazirliyinin şəxsən ona cavab verməsi üçün MN-ə gedib, lakin nazirlikdən onu geri göndərərək deyiblər ki, nazirlik sənin suallarının cavabını verə bilməz.

Bundan sonra Ermənistan hərbi polisi Narek Nersisyanı hərbi hissəni özbaşına şəkildə tərk etdiyinə görə həbs edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Ermənistan hərbi polisi 53 gün əsirlikdə olmuş erməni hərbi qulluqçunu həbs edib

2021/04/sdfsd-1619083267.jpg
Oxunub: 858     15:12     22 Aprel 2021    