Paşinyan Sünik bələdiyyəsində "Zəngəzur dəhlizi" haqqında nə deyib?

2021/04/fasfa-1618819922.jpg
Oxunub: 1835     11:57     22 Aprel 2021    
Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinə etdiyi səfərin sonunda Sünik bələdiyyəsinin binasında məsləhətləşmə zamanı qalmaqallı bəyanat verib.

Ordu.az xəbər verir ki, bu barədə "168.am" nəşri yazıb.

"Meğridəki, Aqarakdakı hadisələrdən, Kacarana giriş qadağasından və ümumiyyətlə xalqın qəbulundan ağlını itirmiş Nikol Paşinyan vilayət bələdiyyəsinin binasında bir neçə yaxın və etibarlı şəxsin iştirakı ilə deyib ki, Meğri dəhlizini (Zəngəzur dəhlizi - red.) könüllü şəkildə, dinc həyat qarşılığında vermək istəmirlərsə, müharibə ilə götürəcəklər.

Yəni, Ermənistanın Baş naziri kürsüsünə mıxlanmış şəxs o qədər ölkəmizin marağını müdafiə etmək iqtidarında deyil ki, Türkiyə-Azərbaycan tandeminin marağına xidmət edir, onları öz xalqına təhdid kimi gətirir, onlarla qorxudur", - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Paşinyan Sünik bələdiyyəsində "Zəngəzur dəhlizi" haqqında nə deyib?

2021/04/fasfa-1618819922.jpg
Oxunub: 1836     11:57     22 Aprel 2021    