“Lragir”: Moskvanın Ermənistana qarşı növbəti düşmənçilik hərəkəti?

2021/04/76876-1619078845.jpg
Oxunub: 1282     12:02     22 Aprel 2021    
Avropa Şurası Parlament Assambleyasının rəsmi saytı erməni diversantlarla bağlı məsələnin fövqəladə rejimdə yaz sessiyasının gündəliyinə daxil edilməsi məsələsinə dair səsvermənin nəticələrini dərc edib.

93 nümayəndə məsələsinin gündəliyə salınmasının lehinə səs verib, 21 nəfər əleyhinə, 18 nəfər bitərəf qalıb. Əleyhinə səs verən 21 nəfər AŞPA nümayəndəsinin 8 nəfəri Türkiyəni, 6 nəfəri Azərbaycanı, 5 nəfəri isə rus nümayəndə heyətinin rəhbəri Leonid Slutski və keçmiş fiqurlu konkisürmə idmançısı İrina Rodnina da daxil olmaqla, Rusiyanı, 1 nəfər Macarıstan və 1 nəfər Serbiyanı təmsil edir. Rusiya nümayəndə heyətinin digər 7 üzvü bitərəf qalıb.

Erməni diversantlar mövzusu cari aktual məsələlər paketinə daxil edilib. Bu paketə 4 məsələ daxil edilib, bunlardan ikisi koronavirus, digəri isə Rusiya tərəfindən Avropa təhlükəsizliyinə təhdidlə əlaqədardır. Erməni internet məkanında ötən gündən bəri bütün paketin səsə qoyulub-qoyulmaması ilə bağlı mübahisələr davam edir. Lakin, reqlamentə görə, etirazın olduğu məsələ səsə qoyulur. Yaranmış vəziyyətdə, Azərbaycan nümayəndə heyəti, erməni əsirləri məsələsinə etiraz edib və məsələ ayrıca səs qoyulub.

Buna görə də, Rusiya nümayəndə heyəti paketə deyil, konkret erməni diversantlar məsələsinin gündəliyə daxil edilməsi ilə bağlı məsələyə səs verib.

“Lragir” nəşri yazır ki, burada təəccüblü bir şey yoxdur, sadəcə Bakının Moskvanın təşviqi və himayəsi ilə hərəkət etdiyi bir daha təsdiqlənir.

“Əsir götürülənlər, əslində girovlar, Moskvanın və Bakının Ermənistana yeni qərarlar qəbul etdirməsi, xüsusən də Minsk Qrupunun zərərsizləşdirilməsindən tutmuş Bakı ilə hər hansı razılaşmaya qədər hər şeyi özündə ehtiva edən üçtərəfli bəyanatı leqallaşdırmaq üçün bir rıçaqdır. Ermənistanın saray hökuməti və Rusiyaya xidmət edən nəhəng siyasi-media çətirinədək bu sahəyə daxildir.

AŞPA-dakı Rusiya nümayəndə heyəti, anti-Erməni xadimlərindən ibarət bir buketdir, onlardan Bakıdakı Xocalı yürüşündə və anti-Erməni tədbirlərində iştirak edən İrina Rodninanı xüsusilə vurğulamaq lazımdır. Yürüş zamanı o, bildirmişdi ki, rusların 99% -i Xocalı haqqında heç bir şey bilmir, buna görə də filmlər çəkmək və bu barədə kitablar yazmaq lazımdır.

Deputatların və xüsusilə də Ermənistan Xarici İşlər Nazirliyinin həm əsirlərin, həm də beynəlxalq strukturlardakı “müttəfiqlərimizin” davranışları baxımından görüləcək çox işi var. Rusiyanın Ermənistana qarşı vəkil müharibəsi şəraitini nəzərə alsaq, bu fərdi bir məsələ deyil. Səsvermə həmin müharibənin epizodlarından biridir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

“Lragir”: Moskvanın Ermənistana qarşı növbəti düşmənçilik hərəkəti?

2021/04/76876-1619078845.jpg
Oxunub: 1283     12:02     22 Aprel 2021    