Çin Pakistanın JF-17 döyüş təyyarələri üçün hazırladığı AESA tipli radarını nümayiş etdirəcək

2021/04/aesa_-1619074854.jpg
Oxunub: 1223     14:00     22 Aprel 2021    
Çin Pakistanın JF-17 döyüş təyyarəsi üçün hazırlanmış KLJ-7A adlı AESA tipli (aktiv radioelektron skanedən antenna) radarını Nanjinq şəhərində keçirilən sərgidə nümayiş etdirəcək.

Ordu.az xəbər verir ki, “Radar Expo 2021” adlanan sərgi bu gün başlayır.

Çin Elektron Texnologiyaları Qrupu tərəfindən hazırlanan KLJ-7A radarları JF-17 döyüş təyyarələrinin “Blok III” variantına quraşdırılacaq. Təyyarənin bu variantının prototipinin sınaqları başlayıb. Bir neçə ildən sonra kütləvi istehsal prosesinin başlaması gözlənilir.

Çin Radar Sənayesi Birliyi, Çin Elektron Texnologiyaları Qrupu (CETC) və Çin Elektron İnformasiya Sənayesi Qrupu (CEC) tərəfindən birgə hazırlanan sərgidə Çinin anti-stels radarları da nümayiş olunacaq.

Çin mediası radarları aşağı hündürlükdə, yavaş sürətlə hərəkət edən kiçik hədəfləri aşkarlamaq, eləcə də stels (radarda görünməmək) qabiliyyətinə malik hava vasitələrini izləmək üçün nəzərdə tutulan radarlar kimi təqidim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Çin  

Çin Pakistanın JF-17 döyüş təyyarələri üçün hazırladığı AESA tipli radarını nümayiş etdirəcək

2021/04/aesa_-1619074854.jpg
Oxunub: 1224     14:00     22 Aprel 2021    