Erməni ekspert: “Ermənistandan başqa, iki əsas tərəf bu anda Sünik üçün mübarizə aparır”

2021/04/78678-1619074497.jpg
Oxunub: 1052     10:55     22 Aprel 2021    
“Təxminən üç gündür Elbakyan Edqarla birlikdə Sünikdəyik. İnsanlarla yerində söhbətləri, yeni sərhəd zonasına səfəri, eləcə də Sünik ətrafındakı mövcud xəbərləri nəzərə alaraq bu anda aşağıdakı əsas iddiaları edə bilərik”.

Ordu.az xəbər verir ki, bunu erməni şərşünas ekspert Varujan Qeğamyan deyib.

“Sünik bu anda regionun geosiyasi mərkəzidir (bu, şişirtmə deyil), burada regional güclü dövlətlərin maraqları kəsişir.

Bu maraqlar arasında hələlik balans qurulmayıb, bütün tərəflər bu anda aktiv şəkildə öz maraqlarını və tələblərini irəli sürürlər ki, regionda status-kvo təsdiq olunsun.

Status-kvo olmadığı müddətcə bütün platformalarda dəqiqəbədəqiqə mübarizə böyüməyə davam edəcək.

Ermənistandan başqa, iki əsas tərəf bu anda Sünik üçün mübarizə aparır. Birincisi (Türkiyə, Azərbaycan və onların müttəfiqləri) dəhlizlərin Sünikdən keçməsini tələb edir, ikinci tərəf isə (İran, Gürcüstan, bəzi Avropa dövlətləri, qismən Rusiya) dəhlizə qarşıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Sünik  

Erməni ekspert: “Ermənistandan başqa, iki əsas tərəf bu anda Sünik üçün mübarizə aparır”

2021/04/78678-1619074497.jpg
Oxunub: 1053     10:55     22 Aprel 2021    