Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri husilərin buraxdığı PUA-nı zərərsizləşdirib

2020/12/CH-4--1608720123.jpg
Oxunub: 690     14:51     22 Aprel 2021    
Yəməndəki “Husi” qiyamçıları Səudiyyə Ərəbistanının cənubunda yerləşən Xamis Muşeyt şəhərinə PUA ilə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi məlumat yayıb.

Husilərinə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya PUA-nın zərərsizləşdirildiyini bildirib.

Qiyamçıların nümayəndəsi “Twitter” hesabında bildirib ki, PUA şəhərdə yerləşən hərbi bazanı hədəf alıb. Koalisiya qüvvələri qiyamçıların mülki şəxsləri hədəf aldığını açıqlayıb.

Koalisiya 2015-ci ildə husilərə qarşı mübarizə aparmaq üçün Yəmənə müdaxilə edib. Qiyamçılar Səudiyyənin xüsusilə cənub şəhərlərinə PUA və ballistik raketlərlə hücum edir. Son həftələrdə hücumların intensivliyi artıb. Koalisiya hücumların əksəriyyətinin qarşısını aldığını bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səudiyyə-Ərəbistan   PUA  

Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri husilərin buraxdığı PUA-nı zərərsizləşdirib

2020/12/CH-4--1608720123.jpg
Oxunub: 691     14:51     22 Aprel 2021    