Rusiya “Bayraktar” almağı düşünmür

2021/04/0dbb3-1619067243.jpg
Oxunub: 905     12:12     22 Aprel 2021    
Rusiya Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larını almağı planlaşdırmır.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.

“Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir”, - deyə xidmətin mətbuat katibi Valeriya Reşetnikova bildirib.

Qeyd edək ki, 20 apreldə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu “Habertürk”ə verdiyi açıqlamada Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini söyləyib. Eyni zamanda, rəsmi Ankaranın Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Bayraktar  

Rusiya “Bayraktar” almağı düşünmür

2021/04/0dbb3-1619067243.jpg
Oxunub: 906     12:12     22 Aprel 2021    