Naxçıvanda komandir hazırlığı məşğələsi icra olunub - FOTOLAR+VİDEO

2021/04/64646-4857061197.jpg
Oxunub: 1605     18:51     21 Aprel 2021    
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az- a verilən məlumata görə, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə icra olunub.

Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və “Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında məşğələlər keçirilib, zirehli tank texnikalarından praktiki atışları nümayiş olunub.

Məşğələlərin sonunda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb.

Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Naxçıvanda komandir hazırlığı məşğələsi icra olunub - FOTOLAR+VİDEO

2021/04/64646-4857061197.jpg
Oxunub: 1606     18:51     21 Aprel 2021    