Keçmiş erməni Baş nazir: "İyun-iyulda Azərbaycan Ermənistana hücum edəcək"

2021/04/42bde-3235771530.jpg
Oxunub: 17018     17:55     21 Aprel 2021    
“Azərbaycan tərəfindən hərbi satınalmalar haqqında məlumatı izləyərək iyunun ikinci yarısında və ya iyulun birinci yarısında Azərbaycanın Sünikə hücumunu çox mümkün hesab edirəm”.

Ordu.az xəbər verir ki, bunu aprelin 21-də mətbuat konfransı zamanı Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan deyib.

O bildirib ki, İlham Əliyev Zəngəzur deyəndə Vayk və Yeğeqnadzoru da nəzərdə tutur.

Baqratyanın sözlərinə görə, dünya İlham Əliyevi qınamır və belə bir təəssürat var ki, dünya “Zəngəzuru da verin, qoy sakitləşsin” deyir.

“Burada ədalət yoxdur. Zəif tərəf ermənilərdir, qoy məsələ ermənilərin hesabına həll edilsin. Azərbaycan bir il əvvəlkindən iki dəfə daha böyük templərlə silah idxal edir”, - deyə o qeyd edib.

Hrant Baqratyan vurğulayıb ki, Ermənistan Prezidentinin və Baş nazirinin Süniki verməsini və vəzifədə qalmasını mümkün hesab edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə  

Keçmiş erməni Baş nazir: "İyun-iyulda Azərbaycan Ermənistana hücum edəcək"

2021/04/42bde-3235771530.jpg
Oxunub: 17019     17:55     21 Aprel 2021    