ABŞ və Rusiyaya arasında münasibətlər gərginləşir – Ukrayna isə platformadır

2021/04/OVGJZ-1618999302.jpg
Oxunub: 1011     16:40     21 Aprel 2021    
Bütün dünya Rusiyanın hərəkətlərinə qarşı yönəlib, belə təəssürat yaranır ki, Qərbin Rusiyanı diz çökdürmək üçün açıq bir hədəfi var. Bir tərəfdən ABŞ prezidenti Rusiya ilə münasibətləri normallaşdırmağın zəruriliyindən danışır, digər tərəfdən bunun əksinə olanlar həyata keçirilir.

ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar paketinə cavab olaraq Rusiya cavab tədbirlərinə əl ataraq Moskvada akkreditə olunmuş 10 amerikalı diplomatdan ölkəni tərk etmələrini tələb edib. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfiri Con Sullivanı Dövlət Departamentində məsləhətləşmələr üçün Vaşinqtona dönməyə çağırıb. Bundan əvvəl Moskva eyni məqsədlə Rusiyanın Vaşinqtondakı səfirini geri çağırmışdı. Bununla yanaşı, Rusiya səlahiyyətliləri, görülən əks tədbirlərin nisbətən yumşaq olduğunu vurğulamaqdadır, Moskva hələlik sərt cavab verməkdən çəkinəcəyini və hadisələrin gələcək inkişafını gözləyəcəyini açıqlayıb.

“Amerika biznesi üçün bizim də ağrılı addımlar atmaq imkanımız var. Lakin, bu addımları biz, ehtiyat variant kimi nəzərdən keçiririk”, - deyə Rusiya Xarici İşlər naziri Sergey Lavrov serbiyalı həmkarı ilə Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya-Ukrayna prosesi indi ümumi diqqət mərkəzindədir. Rusiya xüsusi xidmət orqanları Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun bir işçisini həbs edib. Federal Təhlükəsizlik Xidməti (FSB) konsul Aleksandr Sosonyukun bir Rusiya vətəndaşı ilə görüşü zamanı həbs olunduğunu bildirib: “Ukraynalı diplomatın həbsi hüquq-mühafizə sistemi və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarında yer alan qapalı xarakterli məlumatları almaq anında baş tutub”.

Rəsmi Ukrayna artıq baş verənlərə reaksiya verərək ölkədə işləyən rus diplomatlarına qarşı adekvat addımlar atacağını bildirib. Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna Konsulu Aleksandr Sosonyukun Sankt-Peterburqda tutulması və deportasiyasına etiraz notası göndərib.

“Kommersant”ın Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ukrayna tərəfi Rusiya səfirliyinin baş diplomatının ölkədən deportasiya edilməsinə qərar verib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamasında deyilir: “Ukraynanın Sankt-Peterburqdakı Baş konsulunun 16 aprel tarixində qanunsuz həbsini və 21 aprelə qədər ölkəni tərk etməsi göstərişini qətiyyətlə pisləyirik”.

Nazirlik bu cür hərəkətlərin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını kobud şəkildə pozduğunu açıqlayıb: “Yuxarıda göstərilən təxribata cavab olaraq, Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı 19 apreldən etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir"”.

Qeyd edək ki, bu proseslər Baydenin ABŞ-ın Rusiyaya qarşı siyasətinə dair xüsusi çıxışından sonra baş verib. Xatırladaq ki, bundan əvvəl Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və Rusiya səfirliyinin 10 əməkdaşının ABŞ-dan deportasiya edilməsi qərarı verilmişdi.

Bayden demişdi: “De-eskalasiyaya başlamağın vaxtı çatıb. Düşüncəli dialoq və diplomatik proseslər yolu ilə irəliləməliyik. ABŞ bu prosesdə konstruktiv irəliləyişə davam etməyə hazırdır. Mənim prinsipim budur ki, Rusiya ilə əməkdaşlıq ABŞ-ın mənafeyinə uyğun olduğu yerlərdə aparılmalıdır, Rusiyanın ABŞ-ın maraqlarını tapdalamağa çalışdığı yerdə cavab verəcəyik”.

Rusiya yeni sanksiyaları qəbuledilməz, ABŞ seçkilərinə müdaxilə ittihamlarını isə yalan və qurma adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirinə bu yaxınlarda bir sıra cavab tədbirləri görüləcəyini bildirib.

13 aprel tarixində Prezident Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ikitərəfli münasibətlərin ən aktual məsələlərini müzakirə etmək üçün üçüncü bir ölkədə görüşməyi təklif etmişdi. Bu görüşün Avropada baş verə biləcəyi ehtimal olunur.

Həmin gün ABŞ-ın 10 rus diplomatı deportasiya etmək qərarına gəldiyi və təşkilatlar da daxil olmaqla onlarla məmura qarşı sanksiya tətbiq etdiyi məlum oldu. Deportasiya olunanlar arasında diplomatik pasportla təmin olunmuş Rusiya kəşfiyyat qurumlarının əməkdaşları da var.

“CNN” xəbər verir ki, Nyu-Yorkda və Vaşinqtonda akkreditə olunmuş rus diplomatlara ABŞ-ı tərk etmələrinə 30 gün vaxt veriləcək.

Sanksiya tətbiq olunan şəxslərin siyahısına Rusiyanın qanunsuz kiberaktivliyinə töhfə verən 32 şəxs və altı şirkət daxildir. Bu insanlar və şirkətlər 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə etməyə çalışıb və səhv məlumatlar yayıb. ABŞ kəşfiyyat agentliklərinə görə, kiberhücumlar hazırkı prezident Donald Trampı noyabr seçkilərində dəstəkləmək və Demokratların namizədi Co Baydeni nüfuzdan salmaq məqsədi daşıyırdı.

ABŞ rusları Əfqanıstandakı sabitliyi pozan hərəkətlərinə görə, xüsusilə ABŞ və müttəfiq əsgərlərinə hücum etdikləri üçün “Taliban”a “mükafat” verdiklərinə görə cəzalandırır. ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün “SolarWinds” şirkətinin veb saytını qırmaqla girməyə və bununla da ABŞ Maliyyə Nazirliyi, Ticarət və Ədliyyə Nazirliyinin saytlarına daxil olmaqla, ABŞ-ın bir çox özəl və ən azı 9 dövlət qurumunun veb saytlarına hücum etdiyinə görə sanksiyalar tətbiq olunur.

Kremlin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda məsələni şərh edərək Rusiyanın sanksiya siyasətini qınadığını və bunu qanunsuz hesab etdiyini söyləmişdi.

“Qarşılıqlılıq prinsipi qüvvədədir. Bütün hallarda Rusiya öz maraqlarını təmin etmək üçün cavab tədbirlər görəcək. Eyni şeyi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova da təkrarlayaraq “cavab tədbirlərinin qaçılmaz olacağını” söyləyib.

Xatırladaq ki, Vaşinqton yeni bir cəza üsulu seçir, bu dəfə Amerika maliyyə qurumlarına Rusiya Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Milli Sərvət Fondunun istiqrazlarını birbaşa almaq qadağan ediləcək.

Rusiya parlamentinin yuxarı palatasının Federal Şurasının maliyyə bazarları və büdcə komitəsinin sədr müavini Sergey Ryabuxin, Rusiyanın dövlət borclarına qarşı sanksiyaların tətbiq edilməsinin, əlbəttə, iqtisadiyyata zərər verəcəyini, ancaq Rusiyanın “lazımi daxili ehtiyatlara” və qeyri-dollar valyutası ilə xarici vəsaitə sahib olduğu üçün böhrana sürüklənməyəcəyini bildirib.

“Həmişə xəbərdarlıq etmişik ki, vəsaitlərimiz və ehtiyatlarımızın Amerika qiymətli kağızları şəklində yerləşdirilməsi təhlükəli həddə çatıb, çox risklidir. Hökumət, xüsusən də Maliyyə Nazirliyi xəbərdarlıqlarımıza reaksiya verib və səhmlərin digər qiymətli kağızlarla saxlanması üzrə bölüşdürülməsi üçün müvafiq tədbirlər görüb”, - deyə rusiyalı senator bildirib.

Lakin bu təminatlara baxmayaraq, yaxınlaşan sanksiyalarla bağlı ilk xəbər yayımlandıqda, Rusiya milli valyutası olan rublun devalvasiyası yenidən sürətləndi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Ukrayna   Böhran  

ABŞ və Rusiyaya arasında münasibətlər gərginləşir – Ukrayna isə platformadır

2021/04/OVGJZ-1618999302.jpg
Oxunub: 1012     16:40     21 Aprel 2021    