Qalmaqallı səfər ərəfəsində ABŞ səfiri də Sünikdədir

2021/04/timth-1618998518.jpg
Oxunub: 580     14:28     21 Aprel 2021    
Məlum olduğu kimi, Nikol Paşinyan gözlənilməz səfərlə Sünikə gedib. Sünikdə heç kim bu səfər barədə məlumatlı olmayıb və insanlar bu barədə öyrənərək təşvişə düşüblər, müxtəlif fərziyyələr irəli sürürlər. Bunlardan biri odur ki, Paşinyan hansısa görüş üçün gecə sərhədə gedir.

Ordu.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, maraqlı təsadüflə Ermənistan Prezidenti Armen Sarkisyan da bir neçə gündür Sünikdədir. ABŞ səfiri Lin Treysi də dünəndən Sünikə gedib.

O, dünən Sisian icma bələdiyyəsində görüş keçirib, müharibədən sonrakı dövrdə icmadan hökm sürən vəziyyətlə maraqlanıb və “ABŞ tərəfindən müharibə nəticəsində köçürülmüş qarabağlıların dəstəklənməsinə yönəlmiş işləri və ölənlərin qalıqlarının tanınması, eyniləşdirilməsi prosesində hansı səylərin göstərildiyini” təqdim edib.

Sünikdə düşünürlər ki, Ermənistan rəhbərləri və ABŞ səfirinin eyni zamanda Sünikdə peyda olması heç də təsadüf deyil. Sünikdəki insanlar öz vilayətlərinə qarşı bu gözlənilməz maraqla bağlı pis düşüncələrə sahibdirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Sünik   Paşinyan  

Qalmaqallı səfər ərəfəsində ABŞ səfiri də Sünikdədir

2021/04/timth-1618998518.jpg
Oxunub: 581     14:28     21 Aprel 2021    