Nəşi tapılan Vətən müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB

2021/04/b85fc-1618992683.jpg
Oxunub: 1607     12:38     21 Aprel 2021    
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlu dəfn edilib.

Ordu.az xəbər verir ki, əsgər Q.Kərimli doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

***
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Kərimli Qalası Müslüm oğlunun cənazəsi doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətirilib.

Ordu.az xəbər verir ki, əsgər Q.Kərimli ilə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra o, qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. Nobarın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Şəhid  

Nəşi tapılan Vətən müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB

2021/04/b85fc-1618992683.jpg
Oxunub: 1608     12:38     21 Aprel 2021    