Rusiya nümayəndə heyətinin Ermənistanın hakim komandasına silləsi: AŞPA-da nə baş verib?

2020/07/555ea-1594988942.jpg
Oxunub: 858     12:10     21 Aprel 2021    
Bir nüçə gün öncə məlum oldu ki, Türkiyə və Azərbaycandan əlavə AŞPA-dakı Rusiya nümayəndə heyətinin bir neçə üzvü, həmçinin Serbiyanın bəzi nümayəndələri erməni diversant məsələsinin AŞPA plenar iclasının gündəliyinə salınmasının əleyhinə səs veriblər.

Rusiya nümayəndə heyətinin digər üzvləri səsvermədə bitərəf qalıblar. 93 deputat məsələnin gündəliyə daxil edilməsinin lehinə, 21-i əleyhinə səs verib, 18-i bitərəf qalıb. Rusiya nümayəndə heyətinin üzvlərindən 5 nəfər sənədin əleyhinə səs verib, 7 üzvü isə bitərəf qalıb.

Rusiya nümayəndə heyətinin 5 üzvünün layihənin əleyhinə səsverməsi faktı Ermənistanda geniş ictimai əks-sədaya səbəb olub. Rusiya tərəfinin əslində layihəyə qarşı niyə səs verdiyi ermənilərə aydın deyil, diversantların geri qaytarılması ilə bağlı danışıqlar elə məhz Rusiya tərəfindən həyata keçirilir.

Səsvermədən bir neçə saat sonra AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü, Rusiya Dumasının üzvü Sergey Paxomov sosial media platformasındakı bir istifadəçinin sualına cavab olaraq, texniki səhv səbəbindən əleyhinə səs verdiklərini bildirib. O, müvafiq bəyanatla quruma müraciət edəcəklərinə əmin edib.

Maraqlıdır ki, rusiyalı deputat AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyanın 2019-cu ildə Rusiya nümayəndə heyətinin AŞPA-da səs hüququnun bərpası barədə qanun layihəsinin əleyhinə səs verdiyini izah etməyə çalışdığı eyni əsaslandırmanı təkrarlayır. Xatırladaq ki, o zaman Rusiya tərəfi, xüsusən hakim komandanın digər iki üzvünün səsvermədə iştirak etməməsi, təkcə erməni müxalifət partiyalarının iki təmsilçisinin səsvermədə Rusiyanı dəstəklədiyi fonunda Ruben Rubinyanın dediklərinə inanmağa bir o qədər də meylli olmamışdılar.

Belə çıxır ki, ruslar Ermənistan nümayəndə heyətinin qeyri-müttəfiq davranışlarını unutmayıblar, indi isə bunu Ermənistan hakimiyyət orqanlarına xatırladırlar.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AŞPA   Ermənistan   Rusiya  

Rusiya nümayəndə heyətinin Ermənistanın hakim komandasına silləsi: AŞPA-da nə baş verib?

2020/07/555ea-1594988942.jpg
Oxunub: 859     12:10     21 Aprel 2021    