Paşinyan TŞ katibini Rusiyaya ezamiyyətə göndərir

2018/11/armen-1542703558.jpg
Oxunub: 574     12:25     21 Aprel 2021    
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası və Tacikistan Respublikasına nümayəndə heyəti ezam etmək barədə qərar imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Qərara əsasən, 2021-ci il aprelin 28-29-u Tacikistan Respublikasında (Düşənbə) baş tutacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında iştirak etmək və Rusiya Federasiyasında (Moskva) ikitərəfli görüşlər keçirmək məqsədilə aprelin 26-28-i və 29-30-u Rusiya Federasiyasına (Moskva), aprelin 28-29-u isə Tacikistan Respublikasına (Düşənbə) nümayəndə heyəti ezam olunacaq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nümayəndə heyətinin tərkibində olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   rusiya   Böhran  

Paşinyan TŞ katibini Rusiyaya ezamiyyətə göndərir

2018/11/armen-1542703558.jpg
Oxunub: 575     12:25     21 Aprel 2021    