Paşinyan Şurnuxda, daha sonra Meğridə etirazla qarşılanıb

2021/04/etira-1618989087.jpg
Oxunub: 673     11:20     21 Aprel 2021    
Ermənistanın Şurnux kəndinin sakinləri ölkənin Baş naziri Nikol Paşinyanın karvanına söyüblər.

Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus "Mediaport" teleqram kanalı yazıb.

"Paşinyanın adamları avtomobilləri yüksək sürətlə sürüblər və uzaqlaşıblar. "Hraparak" yazıb ki, az əvvəl Paşinyan Şurnuxa səfər edib, təsadüfi bir qapını döyüb və əlində şirniyyat içəri daxil olub. Sakin üçün gözlənilməz olub. Paşinyan soyuq qəbula rast gələrək çıxıb. Dərhal kənddə xəbər yayılıb ki, Baş nazir Şurnuxdadır. Sakinlər öz qəzəblərini təqdim etmək üçün dərhal toplaşmağa çalışıblar, lakin təhlükəsizlik işçiləri Paşinyanı dərhal avtomobilə əyləşdiriblər və Qafana doğru şütüyüblər. "Mediaport"un məlumatlarına görə, o, Qafanın mərkəzində yüzlərlə polisin və təhlükəsizlik işçisinin müşayiəti ilə təxminən 30 metr ayaqla gəzib, daha sonra nahar etmək üçün "Eleqant" restoranına gedib", - deyə kanal qeyd edib.

Məlumata görə, Sünikdə gərgin vəziyyət var. Ermənistan Baş naziri Nikol Paşinyan hazırda Meğridədir, lakin Meğri sakinləri onu qəbul etmirlər, vilayətdən uzaqlaşmasını tələb edirlər. Onlar Paşinyanı söyürlər, həmçinin "Nikol xain" deyə qışqırırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Etiraz   Paşinyan   Ermənistan  

Paşinyan Şurnuxda, daha sonra Meğridə etirazla qarşılanıb

2021/04/etira-1618989087.jpg
Oxunub: 674     11:20     21 Aprel 2021    