Rusiya RS-28 “Sarmat” QABR-larınının sınaqlarına başlayacaq

2017/11/13_3022350746.jpg
Oxunub: 639     14:30     21 Aprel 2021    
Rusiya ordusu bu yaxınlarda RS-28 “Sarmat” Qitələrarası Ballistik Raketlərinin (QABR) uçuş sınaqlarına başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Army Standard” nəşri yazıb.

Şaxta (silos) əsaslı ağır çoxpilləli maye yanacaqlı mühərriklə təchiz edilən “Sarmat” 1970-ci illərdən etibarən istifadə edilən R-36M2 “Voevoda” raketlərini əvəz edəcək. Rusiya Müdafiə Nazirliyi 1998-ci ilin sonuna qədər 58 ədəd R-36M2 raketinin ölkəyə yerləşdirildiyini bildirib.

“Sarmat” sələfini xeyli üstələyir. Raketin bəzi xüsusiyyətləri “Armiya-2019” forumunda açıqlanıb. Yeni raket 208,1 ton ağırlığındadır, bunun 10 tonu faydalı yük, 178 tonu yanacaqdır. Raketin uçuş məsafəsi 18 min kilometrdir.

Açıq mənbələr “Sarmat”ın raket əleyhinə müdafiə sistemləri ilə mübarizə aparmaq üçün tamamilə yeni vasitələrə sahib olduğunu bildirir.

Rusiya Prezidenti Vladimir Putin bu gün bildirib ki, "Sarmat" 2022-ci ildə xidmətə girəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Sarmat  

Rusiya RS-28 “Sarmat” QABR-larınının sınaqlarına başlayacaq

2017/11/13_3022350746.jpg
Oxunub: 640     14:30     21 Aprel 2021    