Almaniya parlamenti ordu üçün zirehli maşınlar, radarlar, PUA-lar alınması üçün büdcəni təsdiqləyib

2021/04/FG_39-1618988152.jpg
Oxunub: 920     19:21     21 Aprel 2021    
Almaniya parlamentinin büdcə komitəsi ölkənin silahlı qüvvələrinə zirehli mühəndis maşınları, “Tornado” bombardmançı təyyarələri üçün radar xəbərdarlıq sistemləri, K130 freqatı, PUA-ların satın alınması üçün maliyyənin ayrılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

1989-cu ildən etibarən Almaniya ordunun arsenalında olan “Dachs” mühəndis maşınlarını əvəz etmək üçün “Leopard 2” əsas döyüş tankına əsaslanan zirehli mühəndis maşınlarının alınmasına 355 milyon ABŞ dolları vəsait ayrılıb.

Almaniya Silahlı Qüvvələrinin təyyarə parkında yer alan “Tornado” bombardmançı təyyarələrinə radar xəbərdarlıq sistemlərinin alınması üçün 105 milyon avro maliyyə ayrılacaq.

Bundan başqa fırlanan qanadlı PUA-lar, K130 freqatı, helikopter pilot təlimi üçün də Müdafiə Nazirliyinə vəsait köçürüləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   PUA  

Almaniya parlamenti ordu üçün zirehli maşınlar, radarlar, PUA-lar alınması üçün büdcəni təsdiqləyib

2021/04/FG_39-1618988152.jpg
Oxunub: 921     19:21     21 Aprel 2021    