İndoneziya döyüş gəmiləri inşa etmək üçün Almaniya və Türkiyə şirkətləri ilə əməkdaşlıq edəcək

2021/04/FG_39-1618988109.jpg
Oxunub: 667     15:54     21 Aprel 2021    
İndoneziyanın PT PAL adlı dövlətə məxsus gəmiqayırma şirkəti yeni döyüş gəmilərinin inşa edilməsi üçün Almaniya və Türkiyə şirkətləri ilə əməkdaşlıq edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Almaniyanın “MTG Marinetechnik” və Türkiyənin “FIGES AS” şirkətləri İndoneziyaya yeni döyüş gəmiləri üçün köməklik göstərəcək.

İndoneziya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən freqatlar 6660 ton subasımına, dizel mühərrikə malik olacaq. Gəmi müxtəlif atıcı silah və raketlərlə təchiz ediləcək.

Türkiyə və Almaniya şirkətləri gəminin sensor, silah və digər döyüş sistemləri ilə təchiz edilməsinə dəstək verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İndoneziya   Almaniya   Türkiyə  

İndoneziya döyüş gəmiləri inşa etmək üçün Almaniya və Türkiyə şirkətləri ilə əməkdaşlıq edəcək

2021/04/FG_39-1618988109.jpg
Oxunub: 668     15:54     21 Aprel 2021    