Erməni hərbi ekspert: “Rusiya Ermənistan səlahiyyətlilərinə Azərbaycanın müharibəyə hazırlaşdığını birbaşa şəkildə xatırladıb”

2021/03/22-1614850526.jpg
Oxunub: 1382     14:33     20 Aprel 2021    
“İstənilən müharibədə məsuliyyəti hərbi-siyasi rəhbərlik daşıyır. Qələbə olursa, dəfnələr ilk növbədə təbii olaraq siyasi, sonra isə yeni hərbi rəhbərliyin üzərinə düşür. Məğlubiyyət halında təbii olaraq ilk növbədə hərbi rəhbərliyi hədəfə almağa cəhd edilir”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

“Niyə bu, bizdə müharibədən beş ay sonra parlamentdə müvafiq istintaq komisssiyası yaradılmadığı halda belə edilir? O, niyə indi yaradılmır və niyə indi ordu hədəfə alınır?”, - deyə o bildirib.

Hayk Nahapetyan vurğulayıb ki, gələcəkdə qərəzsiz komissiya işi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin komandir heyətinin məsuliyyətinin ölçüsü məlum olacaq.

Onun sözlərinə görə, günahkarlığın ölçüsü də məhkəmənin qərar verəcəyidir.

“2020-ci sentyabrın 1-də Rusiya Təhlükəsizlik Şurasının katibinin imzası ilə Ermənistan Təhlükəsizlik Şurasına Ermənistan və Rusiya arasında 2020-ci il sentyabrın 16-17-də baş tutacaq birgə komanda-qərargah hərbi təlimlərinin planı ötürülüb, orada Rusiya tərəfdaşları ölkəmizin bugünkü səlahiyyətlilərinə Azərbaycanın bizə qarşı müharibəyə hazırlaşdığını birbaşa şəkildə xatırladıblar”, - deyə Nahapetyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Erməni hərbi ekspert: “Rusiya Ermənistan səlahiyyətlilərinə Azərbaycanın müharibəyə hazırlaşdığını birbaşa şəkildə xatırladıb”

2021/03/22-1614850526.jpg
Oxunub: 1383     14:33     20 Aprel 2021    