ABŞ səfirinin və başqa rəsmilərin avtomobil karvanı Meğri yaxınlığında görünüb

2021/04/timth-1618911594.jpg
Oxunub: 806     14:39     20 Aprel 2021    
ABŞ-ın Ermənistandakı səfirinin və bir sıra rəsmilərin avtomobil karvanı Sünik vilayətində, Meğri ərazisində görünüb.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Xatırladaq ki, Naxçıvanı Azərbaycanla birləşdirən tranzit yolun inşa edilməsinin mümkünlüyü Ermənistanda aktiv şəkildə müzakirə olunur. Böyük ehtimalla yol Meğridən keçəcək.

Şəhər İrəvandan demək olar 400 km məsafədə, İranın qonşuluğunda yerləşir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası qərbdə Meğri ilə həmsərhəddir.

Müzakirələr noyabrın 10-na keçən gecə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədin nəşrindən sonra başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   Ermənistan   Böhran  

ABŞ səfirinin və başqa rəsmilərin avtomobil karvanı Meğri yaxınlığında görünüb

2021/04/timth-1618911594.jpg
Oxunub: 807     14:39     20 Aprel 2021    