Müharibədə iştirak etmiş süniklilər “Yerkrapah” sədrindən medal almaqdan imtina ediblər

2021/04/607d6-1618911216.jpg
Oxunub: 645     10:33     21 Aprel 2021    
Aprelin 15-də Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan Sünik vilayətinə gedib.

Ordu.az xəbər verir ki, o, Sünik vilayətinin rəisi və “Yerkrapah”ın regional şöbələrinin rəhbərləri ilə görüş keçirib, daha sonra bir sıra sünikli gənclərə son müharibədə iştirak etmək münasibətilə ölkəyə göstərdiyi xidmətə görə medallar təhvil verib.

Sünik vilayətinin rəisi Melikset Poğosyan da “Vətənə göstərilmiş xidmətlərə görə” 1-ci dərəcəli ordeni ilə təltif edilib. Poğosyanın 44 günlük müharibədə iştirak etməsi ilə bağlı şübhələr var.

“Hraparak” nəşri yazıb ki, müharibədə iştirak etmiş, mükafat təqdim edilmiş bəzi süniklilər gəlib Sasun Mikayelyanın əlindən medal almaqdan imtina ediblər, bununla da səlahiyyətlilərə öz münasibətlərini ifadə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Müharibədə iştirak etmiş süniklilər “Yerkrapah” sədrindən medal almaqdan imtina ediblər

2021/04/607d6-1618911216.jpg
Oxunub: 646     10:33     21 Aprel 2021    