Hərbi liseyin Vətən müharibəsində şəhid olan məzunlarının sayı açıqlanıb

2021/04/6e116-1618910706.jpg
Oxunub: 3969     13:24     20 Aprel 2021    
"44 gün davam edən Vətən müharibəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstəriblər".

Ordu.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev deyib.

O bildirib ki, hərbi liseyin məzunlarından 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülüb, 235 nəfər isə orden və medallarla təltif edilib: “Həmçinin Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak edib, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olub, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıblar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Hərbi liseyin Vətən müharibəsində şəhid olan məzunlarının sayı açıqlanıb

2021/04/6e116-1618910706.jpg
Oxunub: 3970     13:24     20 Aprel 2021    