Erməni deputat: “54 günlük əsirlikdən qayıtmış 3 nəfəri qulluq üçün orduya aparıblar”

2021/04/asfas-1618903278.jpg
Oxunub: 681     12:10     20 Aprel 2021    
“Mətbuatda məlumatlar var ki, bizim əsir götürülmüş gənclərimiz var, onlar 54 gün əsirlikdə qaldıqdan sonra Ermənistana qayıdıblar və indi onları yenidən orduya aparıblar, hərbi qulluqçular olaraq qulluğa aparıblar. Polkovnik olaraq bu, nə dərəcədə təhlükəsizdir?”.

Ordu.az xəbər verir ki, bu sualı Ermənistan parlamentində əsirlər məsələsi üzrə iş müzakirəsində erməni polkovnik Boris Avaqyana Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan verib.

Avaqyan cavab verib ki, o, bənzər məlumatdan xəbərdar deyil, yoxlamaq lazımdır.

Taquhi Tovmasyan deyib ki, məlumat dəqiqləşdirilib, bu anda bənzər 3 əsgər var, onları qulluğa aparıblar.

Bu, erməni polovniki təəccübləndirib: “Onların psixoloji vəziyyəti yoxlanılmalı idi, onlar hələ reabilitasiya dövrünü keçməli idilər. Bütün beynəlxalq standartlarla reabilitasiya 180 gündən 360 günə qədər davam edir. Və onlar yenidən hərbi sıralarda peyda olublarsa, bu, çox böyük səhvdir, olmaz”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Erməni deputat: “54 günlük əsirlikdən qayıtmış 3 nəfəri qulluq üçün orduya aparıblar”

2021/04/asfas-1618903278.jpg
Oxunub: 682     12:10     20 Aprel 2021    