Medalı evə taksi sürücüsü ilə göndərilən erməni hərbi qulluqçunun atası: “Evə gəlmək təklifi olmayıb”

2021/04/sfafa-1618824128.jpg
Oxunub: 665     11:50     20 Aprel 2021    
Xəbər verdiyimiz kimi, Hadrut uğrunda gedən döyüşlər zamanı Azərbaycan ordusu tərəfindən məhv edilən erməni hərbi qulluqçu Robert Karapetyan Ermənistan hökuməti tərəfindən “Cəsarət” medalı ilə təltif edilib, lakin medalı evə taksi sürücüsü gətirib. Bu barədə “Facebook” səhifəsində Karapetyanın dayısı Hasmik Martirosyan yazıb.

Ermənistanın Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə” isə bildirib ki, qeyd olunan xəbər reallıqla hər hansı əlaqəyə malik deyil.

Martirosyan indi qeyd edib ki, təkzibi gördükdən sonra Karapetyanın atası Andranik Karapetyan onunla əlaqə saxlayıb.

“Andranik sözlərini dəyişdirmədən nəşr etməyi xahiş etdi, buna görə də yazıram:

“Martın 6-da gecə saat 23:30-da Hoktemberyan körpüsünün altında mənimlə razılığa gəliblər. Bir nəfər tanış olmayan insan gəlib. Onların zabitlərindən olduğunu deyib, sənəd tələb etmişik, sənəd göstərməyib ki, mən onun zabit olub-olmadığından əmin olum. Evə gəlmək təklifi olmayıb. Qəbiristanlığa aparmışam və demişəm ki, sən zabit deyilsən və nə gətirmisənsə, uşağın məzarına qoy, get”.

Siz zabit olduğunu deyirsiniz. Medal verilmiş valideyn onun sənədinin olmadığını deyir və ona təhvil verənin kim olduğunu bilmir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Medalı evə taksi sürücüsü ilə göndərilən erməni hərbi qulluqçunun atası: “Evə gəlmək təklifi olmayıb”

2021/04/sfafa-1618824128.jpg
Oxunub: 666     11:50     20 Aprel 2021    