Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb - FOTO

2021/04/shehi-3237097848.jpg
Oxunub: 3635     11:11     20 Aprel 2021    
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Ordu.az-ın xəbərinə görə, noyabrın 2-dən itkin düşən əsgər Kərimli Qalası Müslüm oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Şəhidin nəşi Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətiriləcək və vida mərasimindən sonra qəsəbə qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. Nobarın 2-də onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. Q.Kərimli Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 18-də imzaladığı sərəncam ilə əsgər Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb - FOTO

2021/04/shehi-3237097848.jpg
Oxunub: 3636     11:11     20 Aprel 2021    