Erməni siyasi xadim: “Moskva əsirlər məsələsinin böyük miqyasda müzakirə olunmasını və həll olunmasını istəmir”

2020/12/52122-1608119596.jpg
Oxunub: 652     11:25     20 Aprel 2021    
“Gözləməliyik ki, problem mümkün qədər böyük əks-səda alsın və təkcə Azərbaycana qarşı, həm də Rusiyaya qarşı daha böyük beynəlxalq təzyiq olsun”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” pariyasının rəhbər orqanının üzvü Robert Qevondyan deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin əksəriyyətinin əleyhinə səs verməsi təəccüblü deyil, lakin məsələ plenar iclasın gündəliyinə daxil edilib.

Ermənistanın “Vətəndaş qərarı” partiyasının icra orqanının üzvü Narek Nersisyan deyib ki, Türkiyə, Azərbaycan və Rusiya nümayəndə heyətləri əleyhinə səs verib.

“Məsələ budur ki, Minsk qrupunun həmsədrləri də AŞPA ilə əlaqəyə sahib olduqda niyə bu struktur bu məsələnin həlli üçün istifadə edilməməlidir?”, - deyə o qeyd edib.

Ermənistanın “Antares” nəşriyyatının direktoru Armen Martirosyan sual qaldırıb ki, niyə Ermənistan həm Türkiyə, həm də Azərbaycan ilə birbaşa şəkildə danışmır: “Niyə Türkiyə və Azərbaycan ilə danışmırıq və özümüz öz məsələlərimizi önə çəkmirik? Axı hər vasitəçinin öz marağı var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Erməni siyasi xadim: “Moskva əsirlər məsələsinin böyük miqyasda müzakirə olunmasını və həll olunmasını istəmir”

2020/12/52122-1608119596.jpg
Oxunub: 653     11:25     20 Aprel 2021    