“Modern Diplomacy”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb - FOTOLAR

2021/04/moder-1618897532.jpg
Oxunub: 528     09:43     20 Aprel 2021    
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Suveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqaləsi Aİ-nin nüfuzlu “Modern Diplomacy” portalında, “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsi isə ABŞ-ın “Eurasia Review” nəşrində dərc edilib.

Ordu.az xəbər verir ki, “Süveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqalədə Süveyş kanalının yük gəmilərinin hərəkəti bağlanması nəticəsində yaranan böhranın Orta Dəhlizin əhəmiyyətini artırmasından bəhs olunur. Qeyd edilir ki, Süveyş kanalında yaşanan böhran beynəlxalq yükdaşımaların bu marşrutdan asılılığının yaratdığı risklər barədə suallar doğurub. Bildirilib ki, ona görə də bir sıra dövlətlər bu marşruta alternativ marşrutları təklif və təbliğ etməyə başlayıblar. Belə ki, Rusiya tərəfindən Süveyş kanalından keçən yola alternativ kimi Şimal dənizi marşurtu, İran tərəfindən isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi irəli sürülüb.

Müəllif hesab edir ki, Suveyş kanalına alternativ yola çevrilmək imkanlarına malik olan əsas yol Şərq-Qərb Nəqliyyat Dəhlizidir (Orta Dəhliz). Çünki bu dəhliz həm ənənəvi nəqliyyat yolları, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Transsibir dəmir yolu ilə müqayisədə Orta Dəhliz 2 min kilometr qısadır və daha əlverişli iqlimə malik ərazilərdən keçir. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşrutla yükləri Çindən Avropaya 3 dəfə daha tez çatdırmaq mümkündür. Təklif edilən digər alternativ yola gəldikdə, Şimal dənizi marşrutu ilin böyük hissəsi qarla örtülü olur və bu marşrut üzrə yükdaşımalar üçün xüsusi təyinatlı gəmilərə ehtiyac var. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi isə Süveyş kanalına birbaşa rəqib ola bilməz. Çünki bu dəhliz Süveyş kanalı kimi, Şərqi Asiyanı Avropa ilə deyil, Hind okeanı və Fars körfəzini Şimali Avropa ilə əlaqələndirmək üçün nəzərdə tutulub. Şimal-Cənub dəhlizi yalnız Orta Dəhlizə inteqrasiya olunduğu halda Süveyş kanalı üçün alternativə çevrilə bilər. Ona görə də Orta Dəhlizin malik olduğu üstünlüklər və digər alternativlərin çatışmaz tərəfləri onu Süveyş kanalından keçən marşrut üçün ən yaxşı alternativə çevirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Ermənistan   Böhran  

“Modern Diplomacy”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb - FOTOLAR

2021/04/moder-1618897532.jpg
Oxunub: 529     09:43     20 Aprel 2021    