“YAŞAT”a toplanan vəsait 31 milyon manatı ötdü

2021/04/yasat-1618896674.jpg
Oxunub: 682     09:30     20 Aprel 2021    
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 31 milyon manatı ötüb.

Ordu.az xəbər verir ki, Fonda toplanan vəsait 31 002 158.14 manatdır. Həmin vəsaitdən 16 432 809.55 manatı fiziki şəxslər, 14 569 348.59 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 18 926 416.68 manatı xərclənib. Vəsaitin qalığı isə 12 075 741.46 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə BURADAN tanış ola bilərsiniz.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   YAŞAT  

“YAŞAT”a toplanan vəsait 31 milyon manatı ötdü

2021/04/yasat-1618896674.jpg
Oxunub: 683     09:30     20 Aprel 2021    