Azərbaycan və Ermənistan səfirləri Gürcüstan XİN-də olublar

2021/04/accd5-1618831678.jpg
Oxunub: 581     15:06     19 Aprel 2021    
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayırılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla region ölkələri sıx iş aparmalıdırlar.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığının bundan sonra da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

L.Darsaliya bu gün Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla da görüş keçirib. Görüşdə ölkələr arasında əməkdaşlıq və bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Gürcüstan  

Azərbaycan və Ermənistan səfirləri Gürcüstan XİN-də olublar

2021/04/accd5-1618831678.jpg
Oxunub: 582     15:06     19 Aprel 2021    