Erməni əsgər valideyni: “Müharibə keçmiş uşaqlara qarşı ən kinli münasibət göstərirlər”

2021/04/aksiy-1618829300.jpg
Oxunub: 593     15:01     19 Aprel 2021    
Xəbər verdiyimiz kimi, Qarabağda qulluq edən erməni hərbi qulluqçuların valideynləri və digər yaxınları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirir.

Ordu.az xəbər verir ki, aksiyaçılar Paşinyandan onlara cavab verməsini istəyirlər.

Müddətli erməni hərbi qulluqçulardan birinin anası deyib ki, Ermənistan Baş naziri onlara müsbət cavab verməlidir.

“Mənim gözləntim odur ki, indi hökumət binasında olan təşəbbüs qrupumuz çıxsın və Baş nazirin cavabını təqdim etsin”, - deyə o bildirib.

Qarabağda qulluq edən müddətli erməni hərbi qulluqçulardan birinin atası Artur Badalyan qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi dərin yuxudadır, Ermənistan Baş nazirinə yalan məruzə edirlər.

“Oğlumun tərxis edilməsinə artıq 75 gün qalıb, o, hər hansı azaldılmadan yararlanmasa belə, istəyirəm ki, onun yanında dayanmış əsgərlər yararlansınlar. Biz artıq altı aydır mübarizə aparırıq ki, uşaqlarımıza fayda verək, lakin araba yerindən tərpənmir”, - deyə Badalyan bildirib.

Aksiya iştirakçısı olan başqa bir erməni valideyn deyib ki, müharibə keçmiş uşaqlara qarşı ən kinli münasibət göstərirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aksiya  

Erməni əsgər valideyni: “Müharibə keçmiş uşaqlara qarşı ən kinli münasibət göstərirlər”

2021/04/aksiy-1618829300.jpg
Oxunub: 594     15:01     19 Aprel 2021    