Ermənistanda iqtisadi böhran davam edir

2020/08/15846-1598078990.jpg
Oxunub: 614     14:10     19 Aprel 2021    
Ermənistanda 2021-ci ilin yanvar-fevral aylarında iqtisadi aktivlik göstəricisi 6,7 faiz eniş yaşayıb ki, bu da 2020-ci il iqtisadi böhranının hələ bitmədiyini göstərir.

Ordu.az xəbər verir ki, Ermənistan dövlət büdcəsindən toplanan gəlirlərin həcmi demək olar eyni olsa da, iqtisadi tənəzzül ermənilərin vəziyyətinə böyük təsir göstərib.

Bu, bir sıra vergi növlərinin (məsələn, siqaret, alkoqollu içkilər, benzin, dizel üçün aksiz vergiləri) miqdarları qaldırılıb.

Ermənistan Dövlət Gəlirlər Komitəsi tərəfindən yayımlanan məlumatlara görə, 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə 319,6 milyard dram vergi gəliri və dövlət rüsumu ödənilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Bu dövrdə Ermənistanda mənfəət vergisindən, aksiz vergisindən və rüsumlardan əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə azalıb ki, bu da qanunvericilik dəyişikliyi və davam edən iqtisadi böhranla əlaqədardır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanda iqtisadi böhran davam edir

2020/08/15846-1598078990.jpg
Oxunub: 615     14:10     19 Aprel 2021    