Ermənistanda xarici idarəetmə tətbiq edilib?

2020/03/Untit-1585478517.jpg
Oxunub: 552     15:55     19 Aprel 2021    
“Ermənistan Prezidenti Armen Sarkisyan Seçki Məcəlləsində Baş nazir Paşinyanın komandasının təşəbbüs göstərdiyi dəyişiklikləri imzalamayıb, bunlar reytinq seçki sistemindən imtina etməyi nəzərdə tutur. Eyni zamanda, o, Konstitusiya Məhkəməsinə müraciət etməyib”.

Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrinə dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilib ki, bu, artıq ənənə halına gəlib, Ermənistan Prezidenti son zamanlarda dövriyyəyə qoyulan başqa sənədlər, xüsusilə də Ermənistan Baş Qaərargahında vacib təyinatlar məsələsində eyni şəkildə davranıb.

“Bu, demarşa bənzərdir, lakin belə bir fikir var ki, Prezident müharibənin hallarına və daxili siyasi hadisələrə aid olan məsələlərə daha aktiv müdaxilə edə bilərdi. Armen Sarkisyan dəfələrlə bildirib ki, Paşinyanın və hökumətin istefasını, müvəqqəti hökumətin yaradılmasını, yalnız Seçki Qanunvericiliyinin və Konstitusiyanın dəyişikliklərindən sonra seçkilərin keçirilməsini düzgün hesab edir. Müxalifətin bir hissəsi Prezidentlə həmfikirdir. Xüsusən, Ermənistan Respublikaçılar Partiyası böyük ehtimalla seçkilərdə iştirak etməyəcək”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanda xarici idarəetmə tətbiq edilib?

2020/03/Untit-1585478517.jpg
Oxunub: 553     15:55     19 Aprel 2021    