“Lragir”: Ermənistan Qarabağ münaqişəsinin həll səviyyəsini aşağı endirir

2019/12/ICG-1575617066.jpg
Oxunub: 1091     16:49     19 Aprel 2021    
“Ötən həftə Ermənistan parlamentində müxtəlif cür ittihamlar, boş açıqlamalar səslənib, lakin içərisinə Ermənistanın köməksiz vəziyyətdə düşdüyü siyasi burulğan haqqında əsas suallar və cavablar səslənməyib”.

Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə bildirilib.

Müəllif yazıb ki, Ermənistan parlamenti müharibəyə siyasi qiymətləndirmə verməlidir.

“2020-ci ilin payızında nə baş verib, bu, Ermənistana qarşı aqressiya, Qarabağın ələ keçirilməsi (azad edilməsi – red.) idi, yoxsa Rusiyada dedikləri kimi, “hərbi toqquşma” və ya Bakının bildirdiyi kimi, “əks-hücum əməliyyatı” idi? Hüquqi nəticələr və sülh müqaviləsini kimin imzalamalı olduğu müharibənin keyfiyyətindən asılıdır”, - deyə məqalədə qeyd olunub.

Müəllifin sözlərinə görə, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan iddia edir ki, indi Ermənistan və Azərbaycan arasında “sülh müqaviləsi”nin imzalanmasına hazırlıq üçün əsas iş davam edir. Minasyan deyir ki, şərtlərini Nikolun artıq razılaşdırdığı bu müqavilə üçtərəfli bəyanatı əvəz edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Minasyan   Ermənistan   Böhran  

“Lragir”: Ermənistan Qarabağ münaqişəsinin həll səviyyəsini aşağı endirir

2019/12/ICG-1575617066.jpg
Oxunub: 1092     16:49     19 Aprel 2021    