Yaponiyanın “Global Hawk” kəşfiyyat PUA-ları ilk uçuşunu həyata keçirib

2021/04/RQ-4B-1618814521.jpg
Oxunub: 824     17:51     19 Aprel 2021    
ABŞ-ın “Northrop Grumman” şirkəti tərəfindən Yaponiya üçün istehsal olunan RQ-4B “Global Hawk” PUA-ları ilk uçuşunu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Ceyn Bişop məlumat verib.

O qeyd edib ki, silahsız PUA-lar Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin sərhədləri qorumaq, təhdidləri izləmək və ehtiyac olduqda humanitar yardım göstərmək üçün kəşfiyyat, nəzarət və müşahidə dəstəyi təmin edəcək.

RQ-4 “Global Hawk” PUA-larının qanadlarının uzunluğu 39 metrdən çoxdur. Hava vasitəsinin maksimum qalxma çəkisi 16 ton, uçuş məsafəsi 20.000 kilometrdən çoxdur, havada 34 saatdan çox qalma qabiliyyətinə malikdir. Bu, böyük hədəf sahələrinin davamlı olaraq müşahidə edilməsinə imkan verir.

“Global Hawk” yüksək hündürlükdə uzun müddət (HALE) hərəkət edən bilən PUA sinfinə aiddir və gecə-gündüz real vaxt məlumatları verən PUA-dır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   PUA   ABŞ  

Yaponiyanın “Global Hawk” kəşfiyyat PUA-ları ilk uçuşunu həyata keçirib

2021/04/RQ-4B-1618814521.jpg
Oxunub: 825     17:51     19 Aprel 2021    