Səudiyyə və İran arasında gərginliyin azaldılmasına yönəlmiş danışıqlar aparılıb

2021/04/56756-1618820597.jpg
Oxunub: 634     12:45     19 Aprel 2021    
Səudiyyə Ərəbistanı və İran rəsmiləri bu gərginliyi azaltmaq üçün birbaşa danışıqlar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri İranın yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş zamanı 2015-cı ildə Tehranla imzalanan nüvə müqaviləsi və Yəməndəki müharibəyə son verilməsi müzakirə edilib.

Nəşr, görüşlərdə heç bir nəticənin əldə edilmədiyini bildirib.

Adı açıqlanmayan İran rəsmisi bildirib ki, bu, bölgədə davam edən gərginliyi azaltmaq üçün bir yolun olub-olmadığını araşdırmaq üçün təşkil edilən görüş idi.

Mənbələr müzakirələr zamanı Livandakı mövcud vəziyyətə də toxunulduğunu bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səudiyyə   İran  

Səudiyyə və İran arasında gərginliyin azaldılmasına yönəlmiş danışıqlar aparılıb

2021/04/56756-1618820597.jpg
Oxunub: 635     12:45     19 Aprel 2021    