WSJ: Bayden generalların rəyinə qarşı Əfqanıstandan qoşunlarını çıxaracaq

2021/02/774b8-1612847530.jpg
Oxunub: 639     16:28     19 Aprel 2021    
ABŞ Müdafiə naziri Lloyd Oustin prezident Co Baydenə amerikalı hərbi qulluqçuların Əfqanıstandan çıxarılması ilə bağlı orduda fikir ayrılığı yaranması barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, ABŞ-ın Baş Qərargah rəisi Mark Milli, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) komandiri general Kennet Mekkenzi və Əfqanıstandakı Amerika Birləşmiş Ştatları və NATO qüvvələrinin komandiri, general-leytenant Skott Miller də Əfqanıstandan amerikalı hərbi qulluqçuların çıxarılmasına qarşı çıxıblar.

Nəşrin məlumatına görə, onlar düşünür ki, amerikalı əsgərlərin geri çəkilməsi bölgədəki vəziyyəti ağırlaşdıracaq və yeni silahlı qarşıdurmaya səbəb olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   ABŞ  

WSJ: Bayden generalların rəyinə qarşı Əfqanıstandan qoşunlarını çıxaracaq

2021/02/774b8-1612847530.jpg
Oxunub: 640     16:28     19 Aprel 2021    