Paşinyanın ürəyincə olan erməni general ordunu qarət etməklə villa inşa edib

2021/04/34534-1618554177.jpg
Oxunub: 752     15:22     17 Aprel 2021    
Bu gün Ermənistan parlamentinin hökumətyönümlü deputatları bəzi xəyali generalların sarayları və ordunun talan edilməsindən heyvan qəzəbi ilə danışırdılar.

“Politik” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, orduda soyğunçular var idi, lakin bu, bütün generalların fərdi evlərinin soyğunçuluq nəticəsində tikildiyi anlamına gəlmir.

“Maraqlıdır ki, talançılıq və saraylardan bəhs edən səlahiyyətlilər bütün ömrü boyu hərbi xidmətdə olmaqla villa və biznesi olanları, öz hakimiyyətlərinin tərkib hissəsi olan generalları unudurlar. Onlar unutdular, amma cəmiyyət onları yaxşı xatırlayır”, - deyə məqalənin müəllifi bildirib.

13 aprel tarixində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi Arşak Karapetyan Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Karapetyan Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunmazdan əvvəl Paşinyanın müşaviri olub.

Məqalədə qeyd olunur ki, bu məmurun adı ətrafında bir çox qaranlıq hekayələr toxunub.

“Bunlardan ən ağrılısı Aprel döyüşləri dövründə rəhbərlik etdiyi qurumun yol verdiyi çatışmazlıqları idi. Bu çatışmazlıqlar hökumət dəyişikliyindən əvvəl Gümrüdən İrəvana addımlayarkən Paşinyan və onun komanda yoldaşları tərəfindən də səsləndirilmişdi. O zaman kəşfiyyat rəhbəri Arşak Karapetyanın niyə cəzalandırılmamasına təəccüblənmişdilər”, - deyə müəllif bildirir.

Daha sonra Paşinyan gizli sənədləri oxuduğunu və Arşak Karapetyanın günahkar olmasını görmədiyini açıqlamışdı. Bu açıqlamadan sonra, Karapetyanın “1 Mart” cinayət işi üzrə göstərilən 0038 əmrdə yer alan və Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı natamam ifadə verən yeganə hərbçi olduğu üçün bu vəzifəyə təyin edildiyi məlum olmuşdu. Yeni ifadələr verməsi gözləntisi ilə bu vəzifə mükafat olaraq verilib.

Arşak Karapetyan dövlət vəzifəsi tutmaqla paralel olaraq biznes fəaliyyətini həyata keçirən məmurlardan biri olub. Üstəlik, onun biznes işi dövlət hesabına inkişaf edib, çiçəklənib. General Arşak Karapetyan, hərbi xidmətə başladıqdan bir müddət sonra, Aşot Mkrtçyan ilə birlikdə 1999-cu ildə təhlükəsizlik sistemləri ilə məşğul olan “Elcomp” MMC-ni təsis edir. Daha sonra Arşak Karapetyan bu MMC-də öz fəaliyyətini dayandırıb və həyat yoldaşı Rosa Karapetyan şirkətdəki payını öz öhdəsinə götürüb.

“Elcomp” şirkətinin tərəfdaşlarının əksəriyyəti dövlət qurumları idi. Şirkət bütün fəaliyyəti boyunca, Ermənistanın Hökümət Aparatından, parlamentindən, Pamik kənd bələdiyyəsindən, Milli Qalereyasından, İrəvan Dövlət Kamera Teatrından, “Nork” Sosial Xidmətlər Texnoloji Məlumatlandırma Mərkəzi-Fondundan, Ermənistan Dövlət Pedaqoji Universitetindən, Rus-Erməni (Slavyan) Dövlət Universitetndən, İrəvan Dövlət Tibb Universitetindən, İrəvan Metrosundan, Qiymətləndirmə-Test Mərkəzindən, Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin Layihə İcra Proqramından, “Ev şəraitində tək Yaşlı və Əlillər üçün Sosial Xidmət Mərkəzi” QDKM-dən, “Pokr Mher” Hərbi Təhsil Kompleksindən, Ermənistan Milli Elmlər Akademiyasından, Merqelyan İnstitutundan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasından, Telekommunikasiya Mərkəzindən, İrəvan Polis İdarəsindən, İrəvan şəhər Bələdiyyəsindən, Polisdən, Ədliyyə Nazirliyi Hüquq İnstitutu QDKM-dən, Xarici İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən, Təbiəti Mühafizə Nazirliyindən, Dövlət Gəlirləri Komitəsindən, “Yüksək Gərginlikli Elektrik Şəbəkələri” QSC, Prezident Aparatından, “Vaqarşapat Xəstəxanası” QDSC-dən, “Şenqavit Tibb Mərkəzi” QSC-dən, “Aştarak Tibb Mərkəzi” QSC-dən, “N13 Poliklinika” QDSC-dən, “Qevorisk” QSC-dən, “Yerevan Avtobus" QSC-dən, “Yerevan İstilik Elektrik Stansiyası” QSC-dən, “Erməni Atom Elektrik Stansiyası” QSC-dən, “Ermənistan Elektrik Şəbəkələri” QSC-dən, “Sayat-Nova” Musiqi Məktəbi kimi dövlət strukturlarından sifarişlər alıb (tam məlumat şirkətin rəsmi saytında mövcuddur) .

Arşak Karapetyanın təsis etdiyi şirkətin gəlirlərinin əsas hissəsini dövlət sifarişlərindən əldə etdiyi göz qabağındadır. Hətta, Arşak Karapetyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat rəisi vəzifəsini icra edərkən də şirkət Ermənistan Müdafiə Nazirliyindən sifarişlər alıb. Burada maraqlar toqquşması, bəlkə də korrupsiya olduğu göz qabağındadır.

Ermənistan Müdafiə Nazirliyi Arşak Karapetyan tərəfindən qurulan şirkətlə 2016-cı il aprel döyüşlərindən qısa müddət sonra, 14 mart tarixində alqı-satqı müqaviləsi imzalayıb (razılaşmaya buradan baxmaq olar).

Paşinyanın keçmiş müşaviri Sevkaretsi Sako küçəsi 39 ünvanında lüks bir fərdi evə də sahibdir. Arşak Karapetyan fərdi evi vəzifədə işlədiyi dövrdə tikdirib.

“İndi isə ən azından bir sual ortaya çıxır ki, hakimiyyət Parlament tribunasında əvvəlki hökumət dövründə xalqdan oğurlananları qəpik-qəpik qaytarılmalı, müharibənin məğlubiyyətinin səbəbinin isə villalar tikən qarətçi, quldur generalların olduğunu deyərkən hakimiyyət nə dərəcədə səmimi olub? Hakimiyyət mənsubları Arşak Karapetyanın yığılmış sərvətinin nə dərəcədə qanuni olduğunu, həmin sərvətə xalqdan oğurlanan pulun qarışıb-qarışmadığını və ən əsası, Karapetyanın rəhbərlik etdiyi şirkətinin 40-dan çox dövlət strukturundan sifariş almasını necə bacardığını aydınlaşdırıbmı? Doğrudanmı bütün bu baş verənlər arasında korrupsiya halı yoxdur? Axı, dövlətdən alınan bir neçə yüz milyon dram dəyərində sifarişlərdən danışırıq, həmçinin Arşak Karapetyanın şirkətinə bu cür sifarişləri təmin etmək üçün rəsmi mövqeyindən nə dərəcədə istifadə etdiyini öyrənmək lazımdır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Baş-Qərargah   Böhran  

Paşinyanın ürəyincə olan erməni general ordunu qarət etməklə villa inşa edib

2021/04/34534-1618554177.jpg
Oxunub: 753     15:22     17 Aprel 2021    