Ermənistanda yeni riyakarlıq səviyyəsi: Putinə yaltaqlanmaq, sonra onu günahlandırmaq

2021/04/timth-1618658416.jpg
Oxunub: 1299     19:51     17 Aprel 2021    
Ermənilərə məxsus “Armvoice” teleqram kanalı Nikol Paşinyanın erməni vəkillər ilə keçirilən görüşündən bir çıxarış yayımlayıb. Həmin görüş zamanı Paşinyan Qarabağdakı status-kvonu dəyişdirməkdə Rusiyanı günahlandırıb.

“Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik”, - deyə Paşinyanın səs yazısında deyilir.

Parlament tribunasından Paşinyan müharibədəki biabırçı məğlubiyyətində və təslim sənədinin imzalanmasında “keçmiş hakimiyyəti” və parlament müxalifətini günahlandırır. Belə çıxır ki, Moskvaya son səfərində, Putinlə görüşdükdən dərhal sonra Moskvada, belə demək mümkünsə, Rusiyanı Qarabağda müharibəyə təhrik etməkdə günahlandırır.

Erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur ki, bu, dövlət zehniyyətinin olmamasının açıq sübutudur.

“Bu açıqlamadan cəmi bir neçə saat əvvəl Paşinyan Putinə Rusiyanın Qarabağda sabitliyin təmin olunmasında rolunun nə qədər vacib olduğunu “izah edirdi”. Ancaq məlum olur ki, öz məğlubiyyətinin səbəblərini gizlətmək üçün heç bir maneə yoxdur, hər kəsi günahlandıra bilər, o cümlədən Qarabağda sabitlik yaradan, bütün problemlərin həlli ilə məşğul olan Rusiyanı da ittiham edə bilər. Məlumatlı mənbələrin fikrincə isə müharibə zamanı erməni tərəfi silah baxımından korluq çəkməyib, silah çatışmazlığı olmayıb.

Bu hökumət hələ də Rusiyanı hansısa bir şeydə günahlandırır?

Bu səriştəsiz, qeyri-dövlət hakimiyyəti şəraitində belə, Moskva bu günlərdə də Ermənistanın vacibliyini vurğulayır.

Ermənistan və Rusiya həm ikitərəfli, həm də beynəlxalq strukturlar çərçivəsində, ilk növbədə, KTMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam edir. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Valeri Qerasimov ötən gün Moskvada Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyanla danışıqlar zamanı belə bir açıqlama verib. Rusiya hərbçisinin fikrincə, Ermənistan Rusiyanın Zaqafqaziyadakı əsas müttəfiqi və tərəfdaşıdır. “Ermənistan ərazisində 102-ci hərbi bazasının fəaliyyət göstərməsi ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının sübutudur”, - deyə Gerasimov bildirib.

Dünən, Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyanın Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşü zamanı ikitərəfli hərbi əməkdaşlıq, Rusiyada keçiriləcək birgə hərbi təlimlərin planlaşdırılması və təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Harutyunyan Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyəti sabitləşdirməyə yönəlmiş rolunu və səylərinin əhəmiyyətini qeyd edib. Rusiyanın Qarabağda həyata keçirilən sülhməramlı missiyasını və effektivliyini yüksək qiymətləndirən nazir bir daha hərbi əsirlərin, girov götürülmüş şəxslərin və digər saxlanılan şəxslərin Ermənistana qaytarılması məsələsinin əhəmiyyətinə və problemin dərhal həll edilməsinin zəruriliyinə toxunub.

Rusiyanın Ermənistandakı səfirliyinin hərbi və hərbi-hava attaşesi, polkovnik Andrey Qrişçukun da iştirak etdiyi görüşdə tərəflər Ermənistan-Rusiya müttəfiq əməkdaşlığını və siyasi dialoq dinamikasını, müdafiə sahəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər.

Budur, Rusiyanın səyləri və Paşinyan hökumətinin tamamilə qeyri -uzaqgörən siyasəti. Görünən odur ki, onu açıq şəkildə bəzi qüvvələr yönəldir, məqsədləri Ermənistan-Rusiya münasibətlərini, belə demək mümkünsə, o qədər də yaxşı olmayan münasibətləri daha da çətinləşdirməkdir. Buna başqa bir izahat tapmaq sadəcə mümkün deyil.

Deməli, bir gün Paşinyanın Ermənistana qarşı Azərbaycanın deyil, Rusiyanın mübarizə apardığını açıqlayacağı gün çox uzaq deyil”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya  

Ermənistanda yeni riyakarlıq səviyyəsi: Putinə yaltaqlanmaq, sonra onu günahlandırmaq

2021/04/timth-1618658416.jpg
Oxunub: 1300     19:51     17 Aprel 2021    