Almaniya Əfqanıstanda son 20 ildə xərclədiyi vəsaiti açıqlayıb

2018/05/48451516_1526391177.jpg
Oxunub: 946     11:58     17 Aprel 2021    
Almaniya 2001-2020-ci illərdə Əfqanıstandakı missiyada iştirakına 12 milyard avro xərcləyib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, ən çox vəsait 2010-2012-ci illərdə Əfqanıstanda Almaniyanın 5 min hərbi qulluqçusu xidmət edərkən xərclənib.

Eyni zamanda, statistikada Almaniyanın humanitar və infrastruktur layihələrinə hər il köçürdüyü vəsait nəzərə alınmayıb. Bu vəsaitdən iyirmi ildə ölkədə təxminən 1,4 min kilometr yol çəkilib və ya təmir edilib, 293 məktəb, 51 xəstəxana binası inşa olunub.

Xatırladaq ki, NATO 2021-ci il mayın 1-dən Əfqanıstandakı qoşunlarını çıxarmağa başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Əfqanıstan  

Almaniya Əfqanıstanda son 20 ildə xərclədiyi vəsaiti açıqlayıb

2018/05/48451516_1526391177.jpg
Oxunub: 947     11:58     17 Aprel 2021    