Fransa Hərbi Dəniz Qüvvələrinə yeni döyüş gəmisi təhvil verilib

2021/04/frans-1618643665.jpg
Oxunub: 988     15:58     17 Aprel 2021    
“Naval Group” gəmiqayırma şirkəti Fransa Hərbi Dəniz Qüvvələrinə çoxməqsədli “FREMM Alsace” freqatı təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Bildirilir ki, yeni təhvil verilən FREMM inkişaf etmiş Hava Hücumundan Müdafiə qabiliyyətinə sahib ilk freqatdır.

Fransa donanması sahib olduğu freqatları yeniləmək və 2030-cu ilədək dəniz iqtisadi zonasını daha yaxşı qorumaq üçün 15 FREMM-ə sahib olmaq niyyətindədir.

Yeni freqat Fransa donanmasının “Charles de Gaulle” avidaşıyıcısının təhlükəsizliyini təmin edəcək.

Fransa donanmasına ilk altı FREMM (Aquitaine, Provence, Languedoc, Auvergne, Bretagne and Normandie) 2012-2019-cu illər arasında təhvil verilib. Bunlar əsasən sualtı gəmilərə qarşı müharibə üçün hazırlanıb.

“Alsace” müxtəlif sayda “Aster” şaquli buraxılan, “Exocet” gəmi əleyhinə raketləri, MU90 torpedoları və müxtəlif çaplı atıcı silahlarla təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Freqat   FREMM  

Fransa Hərbi Dəniz Qüvvələrinə yeni döyüş gəmisi təhvil verilib

2021/04/frans-1618643665.jpg
Oxunub: 989     15:58     17 Aprel 2021    