NATO müttəfiqlərin maraqlarını qorumaq üçün kiber müdafiəsini yaxşılaşdırır

2021/04/L2QPR-1618555913.jpg
Oxunub: 887     16:10     17 Aprel 2021    
Estoniya hökumətinin təşəbbüsü ilə cümə axşamı NATO-nun kiber müdafiə mövzusunda yüksək səviyyəli konfransı keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Pandemiya məhdudiyyətləri səbəbiylə virtual formatda keçirilən konfransda hökumət nümayəndələri ilə yanaşı özəl şirktələr də iştirak edib. Konfrans zamanı bildirilib ki, koronavirus pandemiyası cəmiyyətin bütün sahələrində kiber müdafiəni aktuallaşdırıb.

Konfrans zamanı NATO-ya üzv ölkələrin rəsmiləri Alyansın maraqlarını müdafiə etmək üçün kiber müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına qərar veriblər.

Estoniya Müdafiə Nazirliyinin katibi Kristjan Prikk bildirib ki, ölkənin Xarici Kəşfiyyat Xidmətinin bu yaxınlarda kibertəhlükəsizliklə bağlı hesabat hazırlayıb. Hesabatda bildirilib ki, Rusiya Qərb demokratiyası üçün əsas kiber təhlükə olaraq qalmağa davam edir.

Qeyd edək ki, Alyansın “NATO 2030” təşəbbüsündə kibertəhlükəsizlik mövzusunda ciddi addımların atılması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO  

NATO müttəfiqlərin maraqlarını qorumaq üçün kiber müdafiəsini yaxşılaşdırır

2021/04/L2QPR-1618555913.jpg
Oxunub: 888     16:10     17 Aprel 2021    