Ukrayna ölkə ərazisində patron istehsal etmək üçün bir neçə fabrik tikəcək

2021/04/76876-1618646928.jpg
Oxunub: 928     12:31     17 Aprel 2021    
Ukrayna hökuməti ölkə ərazisində patron istehsal etmək üçün bir neçə fabrik tikəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalına müsahibə zamanı Ukrayna hökumətinin nümayəndəsi Aleksey Arestoviç məlumat verib.

Onun sözlərinə görə, söhbət ən azı iki belə müəssisənin tikintisindən gedir. Fabriklərin inşasının iki ildən üç ilə qədər davam edəcəyi qeyd olunub.

Məlumata görə, Ukraynadakı bu tip yeganə müəssisə Luqanskdakı patron zavodu idi. Lakin 2014-cu ildə bu bölgədə münaqişə başladıqdan sonra zavod separatçıların nəzarəti altına keçib.

Bundan əvvəl “Ukroboronprom” dövlət konserninin baş direktoru vəzifəsini icra edən İqor Fomenko Ukraynada sursat istehsalı üçün sənayenin olmadığını və bunun sıfırdan yaradılacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Zavod  

Ukrayna ölkə ərazisində patron istehsal etmək üçün bir neçə fabrik tikəcək

2021/04/76876-1618646928.jpg
Oxunub: 929     12:31     17 Aprel 2021    