5/10/15: Ermənistan 10-15 il əvvəl nə danışırdı?

2021/04/77-1618640436.jpg
Oxunub: 810     10:12     17 Aprel 2021    
Bir çox insanların artıq öz həyatlarını “Facebook” olmadan təsəvvür edə bilmədikləri və orada fikirlərini ifadə etdikləri bir cəmiyyətdə yaşayırıq. Bəlkə də bu halın bəzi üstünlükləri var. Çatışmazlıq isə ondan ibarətdir ki, bu və ya digər qızğın müzakirələrin iştirakçıları Ermənistanda, məsələn, 5, 10 və ya 15 il əvvəl baş verənləri xatırlamırlar və ya ümumiyyətlə bilmirlər.

• 15 İL ƏVVƏL. 5-11 APREL 2006 –cı il

“Müharibə olarsa, pul olmaz”

ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid aprelin 4-də bildirib ki, hərbi əməliyyatların bərpa olunması halında Azərbaycan neft və qaz ixracından gəlir gözləməməlidir.

“Azərbaycan neft və qaz ixracından böyük məbləğlər gözləyir, lakin bu, yalnız sülh olacağı təqdirdə baş verə bilər. Müharibə olarsa, pul olmayacaq. Bu aydındır. Sadəcə xəritəyə nəzər yetirin. Nədən danışdığımı bilirsiniz”, - deyə ABŞ dövlət katibinin köməkçisi bildirmişdi.

Frid ayrıca qeyd etmişdi ki, “neft və qaz pulu ağıllı xərclənməsə sizə heç bir fayda gətirməyəcək, amma bu başqa məsələdir”.

“Ermənistan artıq güzəştlər üzrə öz payını edib”

Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Piter Semnebi ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Vartan Oskanyan “ən çətin məsələlər razılaşdırılmamış qalıb, ancaq Ermənistan artıq güzəştlər üzrə öz payını verdiyini və bizdən yeni güzəştlər gözlənilməməli olduqlarını” qeyd etmişdi.

Piter Semnebi, öz növbəsində bildirib ki, Qarabağ münaqişəsinin güc yolu ilə həll olunmasına dair açıqlamalardan məmnun deyil: “Azərbaycana səfərim zamanı hər hansı bir hərbi cəhdin fəlakətli nəticələrə səbəb olacağını bildirdim”.

Oskanyan və Lavrov razıdırlar

7 apreldə Ermənistan və Rusiya xarici işlər nazirləri Vardan Oskanyan və Sergey Lavrov Rusiya qazının qiymətindəki artımın nəticələrini azaltmağa dair çağırışla bağlı həll yolunun tapılmasına görə məmnun olduqlarını ifadə etmişdilər.

“Məsələ istehlakçıya zərbə vurmayacaq şəkildə həll edildi”, - deyə Vardan Oskanyanla görüşünün nəticələrini yekun vurarkən Lavrov bildirmişdi.

Rusiya Xarici İşlər Naziri qeyd etmişdi ki, məsələ “Ermənistanın qaz və enerji sektoruna əlavə investisiyalar hesabına həll ediləcək ki, bu da qeyd edilən sahənin gəlirliliyini artıracaq”.

6 aprel tarixində Ermənistan hökumətinin mətbuat xidməti “ArmRosQazprom”un Hrazdan İES-in 5-ci enerji bloku üçün 248,8 milyon dollar ödəyəcəyini, bu vəsaitin yaxın üç ildə Rusiya qazının qiymətindəki artımı kompensasiya etmək üçün istifadə ediləcəyini bildirmişdi.

Ermənistan Müdafiə naziri, Ermənistan-Rusiya Hökumətlərarası Komissiyanın həmsədri Serj Sarkisyan, Hrazdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunun satılmasına dair razılaşmanı “çox sərfəli” adlandırmışdı. Qeyd etmişdi ki, “bu sövdələşmənin mümkünlüyünə şübhə edən insanlar 5-ci enerji blokunun nə olduğunu bilmirlər”. O, bunu yalnız zirzəmisi olan üç mərtəbəli bir bina ilə müqayisə etmişdi.

Erməni nazir cəmiyyətin müəyyən qüvvələrinin sərfəli iqtisadi təkliflərin yalnız Rusiya tərəfindən gəldiyinə görə rədd edən yanaşmalarını tənqid etmişdi.

““Rusiya” sözü bu cür insanlara, qırmızı rəngin öküzə etdiyi eyni təsiri göstərir. Bu cür təzahürlərdən çəkinməliyik, çünki özümüzə problem yaratmaq və sonra qəhrəmanlıqla bu problemi aradan qaldırmaq hüququmuz yoxdur”, - deyə Serj Sarkisyan bildirmişdi.

• 5 İL ƏVVƏL, 5-11 APREL 2016-CI İL

Atəşkəs razılaşması

5 aprel saat 12:00-da bütün təmas xəttində atəşkəs barədə ikitərəfli razılaşma əldə edilmişdi.

Serj Sarkisyan: “Güc tanklarda deyil”

5 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan Qarabağda baş verənlərin erməni xalqı üçün növbəti bir sınaq olduğunu söyləmişdi.

Ərdoğan Rusiyanı “münaqişə tərəfi” adlandırmışdı.

6 aprel tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı “Dağlıq Qarabağ münaqişəsinin tərəfi” adlandırmışdı.

“Rusiya Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tərəfi olduğunu söyləyir. Əslində, Rusiya özü münaqişə tərəfidir”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib: “Rusiya Gürcüstan və Ukraynadakı münaqişələrin tərəfi idi, indi də Suriyadakı münaqişənin tərəfidir”.

Rusiya qazın qiymətini endirdi

Ermənistan üçün yeni təbii qaz tarifinə dair razılaşma, iki ölkənin baş nazirlərinin görüşü nəticəsində 7 aprel tarixində İrəvanda imzalanmışdı.

Ermənistanın Baş naziri Ovik Abrahamyan bildirib ki, qiymət 1000 kubmetr üçün $ 160-dan $ 150-dək endirilmişdi.

“AİƏT-in (olmayan-red.) nüfuzuna xələl gətirdilər”

7 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan “azərbaycanlıların son zamanlarda Rusiyadan aldığı silahları tam gücü ilə istifadə etmələrinin Ermənistanda geniş əks-sədaya səbəb olduğunu”söyləmişdi.

Ermənistan Prezidenti Rusiya Federasiyası Baş naziri Dmitri Medvedevi qəbul edərkən deyib:

“Səfəriniz çətin bir dövrdə baş tutur. Azərbaycan növbəti dəfə Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışdı. Azərbaycan arsenalındakı bütün silah növlərindən istifadə edilərək genişmiqyaslı bir əməliyyat başladıldı. Əminəm ki, azərbaycanlıların son vaxtlarda Rusiyadan aldığı silahları var gücü ilə istifadə etmələri Ermənistanda geniş əks-sədaya səbəb olduğunu bilirsiniz. Bu başadüşüləndir, çünki Ermənistanda Rusiya yaxın müttəfiq və dost hesab olunur. Bu gün başqa bir təxribatı istisna etmədiyimiz bir vəziyyət meydana gəlib, çünki dünən də, bu gün də bu təxribatlar mediada davam edir. Əlbətdə ki, böyük xəyallarımız yoxdur və Minsk Qrupu həmsədrlərindən və müttəfiqlərimizdən ünvanlı açıqlamalar və müəyyən fəaliyyət gözləyirik, çünki ikinci belə bir cəhd, düşünürəm ki, geniş miqyaslı hərbi əməliyyatlara səbəb olacaq.

AİƏT üzv ölkələrindən olan bəzi tərəfdaşlarımızın əvvəlcədən planlaşdırılan tədbirdə iştirak etmək üçün İrəvana gəlməkdən imtina etdiklərinə görə təəssüflənirəm. Bununla da Azərbaycana nə dərəcədə kömək etdiklərini bilmirəm, amma mütləq təşkilatımızın nüfuzuna xələl gətirdikləri, birmənalı şəkildə aydındır”, - deyə Serj Sarkisyan bildirmişdi.

“Rusiya bizim müttəfiqimizdir, amma himayədarımız deyil”

8 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan bəyan etmişdi ki, Rusiya heç vaxt Ermənistanın himayədarı olmayıb.

“Mən heç vaxt Rusiyanın himayədarımız olduğunu, hər hansı bir ölkənin himayədarımız olduğunu və ya ola biləcəyini deməmişəm. Rusiya heç vaxt Ermənistan üçün, Türkiyənin Azərbaycan üçün oynadığı kimi rol oynamayəb”, - Ermənistan prezidenti “Deutsche Welle” nəşrinə verdiyi açıqlamasında bildirib.

“Rusiya bizim strateji müttəfiqimizdir, amma eyni zamanda həmişə Rusiya silahlarının Azərbaycana satılmasına qarşı olduğumuzu açıq şəkildə söyləyirik”, - deyə Sarkisyan qeyd edib

Rusiya silah tədarükünə davam edəcək

9 aprel tarixində Rusiya Baş naziri Dmitri Medvedev bildirib ki, Rusiya Ermənistana və Azərbaycana silah tədarükünü dayandırsa, onun yerini başqa ölkələr tutacaq.

“Bir anlığa Rusiyanın bu roldan imtina edəcəyini xəyal etsək, bu yerin boş qalmayacağını çox yaxşı təsəvvür edirik. Silahlar digər ölkələrdən alınacaq, buna görə ölüm nisbəti azalmayacaq. Bununla yanaşı bu addım mövcud tarazlığı poza bilər”, - deyə Dmitri Medvedyev qeyd edib.

Medvedyevin sözlərinə görə, digər ölkələr silah satışı üçün bu bazara gəlsə vəziyyəti asanlaşdıracağına inam yoxdur. O, “vəziyyətin, çox ehtimal ki, daha da mürəkkəbləşəcəyi” fikrini dilə gətirmişdi.

“Düşünürəm ki, silah yalnız bir müddət sonra istifadə etmək üçün deyil, həm də silah bir cilovlayıcı amil kimi əldə edilməlidir, bu məqam bütün münaqişə iştirakçıları tərəfindən qəbul edilməlidir”, - deyə Dmitri Medvedyev bildirmişdi.

Sarkisyan-Ter-Petrosyan görüşü

9 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyan ilə görüşmüşdü.

Ermənistan prezidentinin mətbuat xidməti xəbər vermişdi ki, görüş Ter-Petrosyanın təşəbbüsü ilə baş tutub.

“Təxminən bir saat davam edən görüşdə istisnasız olaraq təmas xəttində baş verən son hadisələr, danışıqlar prosesinin inkişafı üçün mümkün variantlar və bu çağırışlar qarşısında milli birliyin zəruriliyi məsələləri müzakirə edilmişdi”, - deyə görüşdən sonra verilən açıqlamada bildirilib.

11 aprel tarixində Serj Sarkisyanla görüşünü şərh edən Levon Ter-Petrosyan bildirib ki, bu addım onun fəaliyyətini izləyən insanlar üçün sürpriz olmamalıdır.

“Birincisi, siyasi davranış sahəsində heç bir mümkün olmayan şey yoxdur, ikincisi, reallığımızda qeyri-mümkün kimi görünən hər şey normal, formalaşmış dövlətlərdə heç nə mümkünsuz deyil. Bu cür ölkələrdə xarici bir təhlükə olduğu təqdirdə, ümumiyyətlə və ya bir qayda olaraq, daxili qarşıdurmalar müvəqqəti olaraq kənara qoyulur və bütün sağlam siyasi və ictimai qüvvələrin səyləri milli birliyin yaranmasına və təhdidə qarşı birgə müqavimət göstərilməsinə yönəldilir"”, - deyə o qeyd edib.

Ermənistanın birinci prezidenti qeyd edib ki, indi səhvlər və nöqsanlar üçün hakimiyyəti günahlandırmaq və onlardan hesab tələb etmək zamanı deyil.

“Müharibə tezliklə döyüş meydanından diplomatiya və ya ən çətin olan danışıqlar cəbhəsinə keçəcək.

Sahakyan birbaşa danışıqlarda iştirak etməsə də, Serj Sarkisyan heç bir halda onun fikrini görməzdən gələ bilməz (yeri gəlmişkən, Sarkisyanla da görüşmək barədə razılığım var). Serj Sarkisyan xalqının dəstəyini alaraq danışıqlar masası ətrafında özünü güclü hiss etməlidir.

Ancaq eyni zamanda xarici təhlükə anlarında bu dəstəyə ehtiyac duyaraq, onun başçılıq etdiyi rejim müəyyən müsbət addımlar atmalı, xalqa üzünü çevirməli, korrupsiyaya, hüquq-mühafizə orqanlarının özbaşınalığına, inhisarçılığa, seçki saxtakarlığına, dövlət məmurlarının təkəbbürünə qarşı mübarizə aparmalıdır.

Hakimiyyət ilə cəmiyyət arasındakı münasibətlər birtərəfli münasibət deyil, qarşılıqlı inam və dəstək əsasında qurulmalıdır. Qayğısızlıq dövründə xalqı və müxalifəti görməməzlikdən gəlməməli, çətin anlarda isə onların dəstəyini gözləməməliyik”, - deyə o qeyd edib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

5/10/15: Ermənistan 10-15 il əvvəl nə danışırdı?

2021/04/77-1618640436.jpg
Oxunub: 811     10:12     17 Aprel 2021    