"Hadisələrin ilk günündən Sumqayıtda olan xlor zavodunu partlatmalı idilər" - MÜSAHİBƏ (FOTOLAR)

2021/04/15677-21044650029.jpg
Oxunub: 1930     16:02     19 Aprel 2021    
28 fevral 1988-ci il. Sumqayıtda törədilən iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam qətlə yetirilib. Onlardan 26-sı milliyyətcə erməni olub. 400 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomaşın zədələnib və bir hissəsi yandırılıb, dövlətə ovaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulub.

Düzdür, bu hər kəsə məlum olan statistikadır. Sumqayıt hadisələrilə bağlı bilmədiklərimiz və illərdir ki, geniş ictimaiyyətə açıqlanmayan əsas məqamlar da var.

Ordu.az saytı olaraq bu gün həmin məqamların bir qisminə aydınlıq gətirməyə çalışacağıq.

Müsahibimiz “Sumqayıtın əks-sədası” qəzetinin baş redaktoru, həmçinin Sumqayıt hadisələrindən bəhs edən eyni adlı “Sumqayıtın əks-sədası” tammetrajlı və “Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin müəllifi, əməkdar jurnalist Eyruz Məmmədovdur.

- Eyruz müəllim, xoş gördük. Müsahibə üçün vaxt ayırdığınıza görə sizə minnətdarlığımızı bildirirəm.

- Çox sağ olun. Təşəkkür edirəm.

- Eyruz müəllim, Sumqayıt hadisələrilə bağlı kifayət qədər araşdırmaların müəllifinsiniz. Bu hadisələrdə hansı faktların üstünü açmısınız?

- Mən istərdim, əvvəlcə onun xronoloji ardıcıllığını sizə çatdırım. Çünki onları bilmədən Sumqayıt hadisələrilə bağlı obyektiv danışmaq mümkün deyil. 1982-ci ildə Amerikanın Kaliforniya ştatında erməni oliqarxları Ermənistan rəhbərliyi qarşısında belə bir tələb və göstəriş qoymuşdular ki, siz nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən alıb, Ermənistanın tərkibinə qatmalısınız. Əgər sülh yolu ilə olmasa, bunu hərb yoluyla, güclə almaq lazımdır. Sual oluna bilər ki, niyə Kaliforniya ştatında? Bilirsiniz ki, bu ştat Amerikada ən böyük ştatlardan biridir və həmin ştatın qubernatoru erməniydi. Dağlıq Qarabağın da işğal edilməsində məqsəd var idi. Siz bilirsiniz ki, Kaliforniyada erməni millətindən olan milyonçular çoxdur. Onlar Qarabağa sərmayə qoymaq istəyirdilər. Çünki Qarabağın sərvətləri, yeraltı, yerüstü sərvətləri çox idi. Məsələn orada qızıl, filiz, memiran, civə, mineral sular həddindən artıq çoxdur. Bu amillər Qarabağ regionu üzrə ermənilərin maraqlarını daha da artırırdı. Hadisələrin həyata keçirilməsi üçün, təbliğat mexanizmini həyata keçirməyə başladılar. Bunun üçün də ən real variant sovet məkanında azərbaycanlılara qarşı xüsusi nifrətilə seçilən biri olmalı idi. O da Zori Balayan olub. Onlar Zori Balayanı Amerikaya dəvət edib, yazılacaq əsərin əsas motivlərini izah ediblər. Kitab çap olunandan sonra 4 dəfə rus dilinə tərcümə edilir. Həmin kitablarda rus nəşriyyatlarının qrifi ilə Amerikada çap olunub.

- Bu qriflər Amerikada saxta yolla hazırlanmış ola bilərmi?

- Xeyr, Rusiyanmın hansısa bir nəşriyyatından qrif almaq erməni oliqarxları üçün problem deyildi. Onlar çox asanlıqla bu qrifləri əldə edə biliblər. Həmin qriflərlə də o kitab 4 dəfə Amerikada dərc edilir. Çoxları isə elə zənn edirdilər ki, kitab Rusiyada nəşr edilib. Kitab işıq üzü görəndən sonra bir neçə dillərə tərcümə olunur. Burada əsas məqsəd isə guya Stalin və Leninin vaxtında ədalətsizlik olması səbəbilə Ermənistanın torpaqlarının alınıb Azərbaycana verilməsi öz əksini tapırdı. Beləcə bu addımlarla bütün dünyanın aldatmağa nail olublar.

- Bu proseslərin davamlı olaraq aparılması üçün maliyyə həmin oliqarxlar tərəfindən ödənilib?

- Erməni oliqarxlar Rusiya və Ukraynanın çıxmaq şərtilə SSRİ tərkibində olan digər respublikaların illik büdcəsindən çox vəsait ayırdılar bu iş üçün. Bu işin təşkilatçılıq, təbliğat, kəşfiyyat məsələləri və s. deyim ki, bu işlərin davamında qisməndə olsa bu məsələləri hallandırmağa başladılar. 1986-cı ildə Afina şəhərində Türkiyə əleyhinə “Turkie is eksponsianizm” adlı bir konfrans keçirdilər. Həmin konfransda Abel Ağambekyan da iştirak edib. Həmin konfransda özlərinin iddia etdikləri soyqırımla bağlı məsələ qaldırıblar. Həmin məsələdə Qarabağa da toxunulub. Lakin sonralar bu məsələ çox qabardılmadı. Çünki həmin vaxtı Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi, Mərkəzi Komitədə siyasi büronun üzvü idi. Heydər Əliyev 1987-ci ildə hakimiyyətdən çıxarıldıqdan sonra ermənilər Qarabağ məsələsi ilə bağlı prosesdə aktivləşdilər. Bundan 1 ay sonra Ağambekyan Fransaya səfər edərək erməni lobbisilə görüşdə Dağlıq Qarabağın Azərbaycandan alınıb “Ermənistana qatılmasının zəruruliyi” barədə məruzə ilə çıxış edir.

- O zaman SSRİ vətəndaşları sərbəst şəkildə xaricə gedə bilmirdilər. Bəs bu səfər necə təşkil edilib?

- Biz sənədli film çəkəndə rəhmətlik Davud İmanov, operator Elçin Quluyev və mən Moskvaya səfər etmişdik. Onda Qorbaçovun “Yenidənqurma” siyasətinin baş memarı sayılan Aleksandr Yakovlevə Ağambekyanın Fransaya səfərilə bağlı sual verdik. O bizə belə bir cavab verdi ki, akademik öz təşəbbüsü ilə Fransaya getməmişdi. O, Qorbaçovun yanında olub, məsləhət alıb və məsləhət alandan sonra Fransaya səfər edib. Bu da onu deməyə əsas verir ki, artıq erməni təbliğat mexanizmi işə düşüb. Bu səfər də qabaqcadan planlaşdırılan aksiyanın tərkib hissəsi olub.

- Ermənilər bu proseslərin canlanması üçün niyə Sumqayıtı seçmişdilər. Bu bir təsadüf ola bilərdimi?

- Xeyr, təbii ki, bu, təsadüf ola bilməzdi. Çünki o illərə qədər bildiyimiz kimi Azərbaycanın bir çox rayonlarında ermənilər məskunlaşmışdı. Sumqayıtda da həmin vaxtı statistikada bunu deməyə əsas verir ki, ermənilərin sayının digər bölgələrdən xeyli çox olduğu bildirilir. Bu çoxluğa görə də ermənilərin əsas hədəfi Sumqayıt olub. Hadisələr başlamazdan bir neçə gün öncə şəhərə qara plaşlı insanlar gəlirdilər. Sonralar məlum oldu ki, onlar Sumqayıtda 40 nəfərə qədər xüsusi hazırlıqlı təxribatçılar göndəriblər. Ola bilsin ki, onlar bir-birlərini tanımasınlar. Amma plaş onlar üçün həm də bir tanınma nişanı rolunu oynayıb. Küçədə bir-birlərini görəndə gəlib biri digərinə hansısa informasiya barədə məlumat verirmiş. “Cinayət və Cəza” kitabını Sumqayıt Dövlət Universitetinin prorektoru Ramazan Məmmədovla birgə hazırlayanda MTN-in arxivindən belə bir material tapdıq. Məlum oldu ki, bunlar heç də sıradan bir şəxslər olmayıb. Kim idi bu qara plaşlılar? Saturyan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yerli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. Həmin hadisələrdə onun əsas rolu Sumqayıtda baş verən hadisələr barədə məlumatları Ermənistan xüsusi xidmət orqanlarına ötürmək olub. İrəvanda çıxan “Kommunist” qəzetinin müxbirlərindən biri foto işi ilə məşğul olub. Biri kameraların harada qurulmasıyla məşğul olub. Bir nəfər gənclərə spirtli içki və narkotik paylamalı idi. Bax, bu minvalla Sumqayıta gələnlər xüsusi tapşırıq alıblar. Onların hər birinin özünün icra edəcəyi vəzifəsi olub.

- Sumqayıt hadisələrində adı hallanan Eduard Qriqoryan var idi. Həmin şəxs hadisələrin inkişafında hansı rola malik olub?

- Qriqoryan, əslində, o hadisələrdə heç kim idi. Düzdür hadisələrdən bir neçə gün əvvəl fevral ayının ortalarında Xankəndinə 2 dəfə səfər edib. Orda eks-prezident Serj Sarkisyanla görüşüb. Bizdə olan MTN materiallarında da bu öz əksini tapıb. Sənəddə yazır ki, hadisələrin törədilməsində Eduard Qriqoryana tapşırıq Ermənistanın hazırkı prezidenti, əvvəllər cinayət əməllərinə görə birlikdə məhkum edilmiş Serj Sarkisyan tərəfindən verilib. Bu məktub Sarkisyan prezident olan vaxtı verilib. Bu da onu deməyə əsas verir ki, Qriqoryan bu işlərdə sadəcə icraçı olub, təşkilatçı yox.

- Təşkilatlanma necə aparılıb, istər hadisələrin cərəyan etməsi, istərsə də ermənilərin öldürülməsi? Yəni iğtişaşlar zamanı təsadüfi rast gəlinən erməniləri öldürüblər, yoxsa öncədən girəcəkləri evlər bəlli olub?

- Heç bir şey təsadüf olmayıb. Hər hansısa bir iğtişaşı yaratmaq üçün aylarla vaxt lazımdır. Onun ssenarisi tutulmalıdır, situasiyaları məlum olmalıdır. Giriş-çıxış, kimə müraciət olunmalıdır, kim ələ alınmalıdır və s. Bu proses uzun çəkməlidir. Onlar Dağlıq Qarabağda “Krunk” cəmiyyəti yaratmışdılar və o cəmiyyətə pul yığırdılar. O cümlədən Sumqayıtda onların cəmiyyəti olub. Kimlər ki, etiraz edirdilər, pul verməkdən imtina edirdilər, həmin şəxslər Sumqayıtda öncədən qeydə alınırdı. Elə iğtişaş günü də Qriqoryanın dəstəsi həmin şəxslərin qətlini həyata keçirməyə başlayıb.

- Eyruz müəllim, bu qədər təşkilatlanma olub, xüsusi hazırlıqlar gedib. Bəs o vaxt xüsusi xidmət orqanlarının bundan xəbəri olmayıb?

- Xəbərsiz olmaları mümkün deyildi. Fevral ayının ortalarında Sumqayıta Moskvadan polkovnik Poponinin rəbərliyi altında 30 nəfər təhlükəsizlik komitəsinin əməkdaşları gəlir. Yerli komitədə onlar əyləşmişdilər. Sumqayıtı gəzirdilər, öyrənirdilər. Yerli agenturanın məlumatlarına görə, Sumqayıtda iğtişaşalar gözlənilir və ekstremist qrupları Sumqayıta daxil olmaqdadır. Amma onlar bu informasiyanı Moskvadan gələnlərə ötürəndə moskvalılar yerli təhlükəsizlik xidmətinin əməkdaşlarına demişdilər ki, sizin işiniz olmasın, siz öz yerinizdə əyləşin və heç bir hadisəyə müdaxilə etməyin. Bu faktlar da onu deməyə əsas verir ki, hadisələr erməni və rus xüsusi xidmət orqanlarının birgə “əməyi” nəticəsində hazırlanıb.

- Ermənilərin özlərindən olanlara qarşı xüsusi amansızlıq etmələrində məqsəd nə olub?

- Əsas məqsəd o olub ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda bu kartdan istifadə etmək. Yəni ovaxtkı ermənilər bu hadisəni əllərində əsas tutuaraq ermənilərə qarşı guya təzyiqlərin olması və onların incidilməsi, bu səbəbdən də birgə yaşamağın mümkün olmadığını əsas gətirərək ermənilərin daha təhlükəsiz yaşamalarını təmin etmək üçün Dağlıq Qarabağın Ermənistana verilməsin təmin etsinlər. Lakin Azərbaycan xalqının qətiyyətli dirənişi sayəsində ermənilər bu arzularına çata bilmədilər. Mən Lebedevdən müsahibə alanda o bir məqamı vurğuladı. Dedi ki, mən Ukraynada milli məsələlər üzrə komitənin əməkdaşı olanda, SSRİ Təhlükəsizlik Komitəsinin sədri Çebrikov məni yanına çağırdı. Mənə dedi ki, Azərbaycan və Ermənistana səfər edib, hər iki tərəfin ziyalılarıyla görüşüb söhbət edib. Hər iki tərəfdə müşahidə etdiklərim barədə ona arayış təqdim edim. Lebedev deyir ki, mən birinci Bakıya gəldim. Bəxtiyar Vahabzadə, Anar, Ziya Bünyadov və Nurəddin Rzayevlə görüşdüm. Sonra isə İrəvanda Zori Balayanla, Silva Kapitikyanla, Yeremyanla görüşdüm. Mən hiss elədim ki, sizdə nə qədər humanistlik var. Amma onlarda faşizm ideologiyası beyinlərinə yeriyib. Mən eləcə də arayış yazıb təqdim elədim.

- Həmin ixtişaşlarda yalnız ermənilərin qətli planlaşdırılmışdı, yoxsa digər variantlar da olub?

- Sumqayıt hadisələrində iştirak edənlərdən ikisi Ümumittifaq axtarışında olanlar olub. Petrosyan və Poqosovu həbsxanadan çıxararaq bu hadisələrdə iştirak etmələri üçün göndəriblər. Fikir verin bu cür şəxslərin ixtişaşa cəlb edilməsi də baş verəcək olayların nə qədər qorxunc bir plan üzrə hazırlandığından xəbər verir. İğtişaşın miqyasının geniş olub-olmamasına gəlincə, materiallarda bildirilir ki, 7 nəfərdən ibarət erməni Stavropol vilayətində xüsusi hazırlanıb. Onlar hadisələrin ilk günündən Sumqayıtda olan xlor zavodunu partlatmalı idilər. Lakin partlayışın olması böyük zərərə səbəb ola bilərdi deyə, həmin 7 nəfərdən ibarət dəstəni tapıb həbs eləmişdilər.

- Bildiyimiz qədər siz “Sumqayıtın əks-sədası” filminin çəkilişləri zamanı bir neçə dövlət nümayəndələri və Rusiyada həbsdə olan Eduard Qriqoryanla da görüşməyə nail olmusuz.

- Bəli, filmlərin çəkilişi zamanı çox çətinliklərimiz olsa da, biz SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov, Marşal Dmitri Yazov kimi dövlət adamlarıyla görüşüb müsahibə ala bildik. Bu elə də asan olmasa da, müxtəlif üsullardan istifadə edib buna nail olduq.

- Eyruz müəllim, bu tarixin yaddaşlarda qalması üçün gördüyünüz bütün işlərə görə və bu hadisələrlə bağlı bizə vaxt ayırdığınız üçün sizə minnətdarıq.

- Çox sağ olun, təşəkkür edirəm. Hər bir Azərbaycan vətəndaşının borcudur.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sumqayıt-hadisələri  

"Hadisələrin ilk günündən Sumqayıtda olan xlor zavodunu partlatmalı idilər" - MÜSAHİBƏ (FOTOLAR)

2021/04/15677-21044650029.jpg
Oxunub: 1931     16:02     19 Aprel 2021    