Paşinyan Hərbi Qənimətlər Parkı haqqında: "Bu, sadəcə inanılmaz bir şeydir"

2021/04/timth-1618216008.jpg
Oxunub: 15451     14:03     14 Aprel 2021    
Nikol Paşinyan Qarabağın azad edilmiş ərazilərini Azərbaycan əraziləri adlandırıb və deyib ki, oktyabrın 19-da bunları qaytarmağa hazır olub.

Ordu.az xəbər verir ki, o, bunu bu gün Ermənistan parlamentinin tribunasından çıxış edərkən deyib.

O qeyd edib ki, o, Rusiya prezidentinə zəng edərək bildirib ki, onlar atəşkəs, Azərbaycan ərazilərini 5+2 formatı şərtilə qaytarmaq istəyirlər.

Ermənistan parlamentinin sədr müavini Alen Simonyan Nikol Paşinayana "Türklər bizim düşmənlərimizdirlər, yoxsa yox?" deyə sual verib. Ermənistan Baş naziri deyib ki, bəli, bunu tarix də göstərir, lakin məsələ bizim nə edəcəyimizdir.

"Bizim düşmən hesab etdiyimiz qədər onlar da düşmən hesab edirlər. Reallığımızda çox qəribə olan məsələlər müzakirə edilir. Məsələ odur ki, biz hansı siyasəti qəbul edəcəyik?", - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Köçəryan-Sarkisyan cütlüyü 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesini uduzub.

"Ermənistana keçmişdə rəhbərlik etmiş şəxslərin bəyanatlarına toxunmaq istəyirəm. Xüsusən, Robert Köçəryan 2020-ci il oktyabrın 4-də öz müsahibəsində bildirib: "...Bütün bunların birləşməsi ilə elə bir vəziyyət yaranıb ki, sən Azərbaycana diplomatik yolla onun hər hansı bir şeyə nail olmaasına ümid saxlamaq üçün şans buraxmamısan. Belə bir şans buraxmırsansa, müharibə qalır". Bu, sadəcə erməni tərəfinin 20 illik diplomatiyasını və danışıq məntiqini ifadə edən dahi cümlədir. Yəni, erməni tərəfi danışıqlar ətrafında bir vəzifəyə sahib olub - danışıqlar nəticəsində istədiyi şeyə çatması üçün Azərbaycana daim ümid vermək. O isə istəyir ki, Qarabağ mədəniyyət və ya hansısa muxtariyyət statusunda, mümkün olduğu halda hətta bu olmadan onun tərkibində olsun. Əgər sən 20 il daim ümid verirsənsə, bu ümidi doğrultmalı olduğun an gəlir. Elə ola bilməz ki, sən 20 il ümid verəsən və doğrultmayasan", - deyə Ermənistan Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı müzakirələr baş verir, işçi qrupu yaradılıb. "Həmçinin bilirsiniz ki, işlər aparılır. İndi bu istiqamətdə müəyyən razılaşmalar əldə olunmayıb. Variantlar var", - deyə o bildirib.

Paşinyan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla baş tutmuş dialoqunu da təsdiq edib: "Sirr açım ki, birinci prezident 2018-ci ilin iyulunda bizim görüşümüz zamanı mənə nə deyib. Sitat gətirirəm: "Torpaqları artıq verməlisən"".

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Hakobyanın bəyanatlarına toxunub, lağ edib və ona "7-ci müdafiə rayonunun qartalı" deyib.

Ermənistan Baş nazirinin bəyanatına cavab olaraq Movses Hakobyan deyib ki, Paşinyan yalançı xəstədir, bu qədərini deyə bilər.

Paşinyan Bakıda açılmış Hərbi Qənimətlər Parkına toxunuaraq deyib: "Bu, sadəcə inanılmaz bir şeydir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Hərbi-Qənimətlər  

Paşinyan Hərbi Qənimətlər Parkı haqqında: "Bu, sadəcə inanılmaz bir şeydir"

2021/04/timth-1618216008.jpg
Oxunub: 15452     14:03     14 Aprel 2021    